“Mən imtina etməmişəm, kimisə əfv edəcəyəm deməyincə, əfv şərhləri vermirəm” - bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “Azadlıq” radiosuna müsahibəsində bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, onun Gürcüstanın bu yola salınmasında böyük rol oynamasına təsir etmir. Tək o yox, Şevardnadze də böyük rol oynayıb. Qapını ilk açan o olub. Baş rolu bir neçə gün əvvəl 60 illik yubileyi qeyd olunan Zurab Jvaniya oynayıb. Hamının yadındadır ki, ilk o demişdi: mən gürcüyəm və ona görə də avropalıyam. Bütün bu şəxslər, bütün bu hökumətlər və idarələr öz rolunu oynayıblar”, - Zurabişvili qeyd edib.
Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə həbs edilib. Bir neçə saatdan sonra Salome Zurabişvili Mixeil Saakaşvilini heç vaxt əfv etməyəcəyini söyləyib.
“Bu gün çoxları soruşur: prezident onu əfv etməyi düşünürmü? Cavab birdir, sadə və yekundur - yox və heç vaxt! “Çünki mən mə İrina Enukidzenin, nə də ədaləti gözləyən və onu görə bilməyən bütün insanların gözlərini heç vaxt unutmayacağam”, - prezident deyib.
3 noyabr 2021-ci ildə Salome Zurabişvili bir daha bəyan edib ki, Saakaşvilinin əfv olunması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Mixeil Saakaşvili deputat Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Səhhətinin pisləşməsi ilə əlaqədar Saakaşvili 2022-ci il mayın 12-dən Xüsusi Cəzaçəkmə Xidmətinin podratçısı olan “Vivamed” klinikasına yerləşdirilib.
Üçüncü prezident həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkdə və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 lari mənimsəməkdə - “gödəkçələr” adlanan işlər üzrə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır və siyasi təqiblərə məruz qaldığını, Putinin məhbusu olduğunu deyir.