Mayın 23-27-də Müstəqillik Günü ilə əlaqədar Tbilisidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş keçiriləcək təntənəli tədbirlərə hazırlıq dövründə və mayın 26-da Tbilisidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Xususilə, Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin məlumatına görə, mayın 23-də saat 00:00-dan etibarən Azadlıq meydanı, Rustaveli prospekti və Birinci Respublika meydanında, eləcə də Rustaveli prospektini birləşdirən bütün küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

- Avtomobillər Barataşvili və Tabukaşvili küçələri ilə, Merab Kostava və “Sanapiro” küçələri istiqamətində hərəkət edə biləcəklər.

- Mtatsmindadan hərəkət Asatiani küçəsi ilə, Qorqasli meydanı istiqamətində mümkün olacaq.

- Kote Abxazava küçəsi (keçmiş Leselidze küçəsi) ilə hərəkət edən nəqliyyat vasitələri “Verçxli” küçəsi ilə Barataşvili küçəsi istiqamətində hərəkətini davam etdirə biləcək.

- Sağ sahildən Barataşvili küçəsinə gedən enişdə nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.

- Nəqliyyat vasitələri Vaxtanq Qorqasali küçəsi istiqamətində hərəkət edə biləcək.

- Barataşvili enişindən hərəkət edən nəqliyyat Barataşvili körpüsünü keçdikdən sonra yalnız Ədliyyə Evinin yaxınlığındakı enişlə, sağ sahil istiqamətində hərəkət edəcək.

- Mtatsminda istiqamətində hərəkət edən avtomobillər Petre Melikişvili küçəsi ilə Simon Canaşia, İvane Tarxnişvili və Tamar Çovelidze küçələri ilə hərəkət edəcək, oradan da Çonkadze küçəsi istiqamətində hərəkətlərini davam etdirəcəklər.

- İliya Çavçavadze prospektindən gələn axın öz hərəkətini Petre Melikişvili və Merab Kostava küçələri ilə sahil istiqamətində davam etdirə biləcək.

Mayın 27-dən tədbir üçün nəzərdə tutulan dekorasiyalar söküldükdən sonra məhdudiyyətlər götürüləcək və nəqliyyatın hərəkəti normal vəziyyəti bərpa olunacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur