Milli Bank sanksiyaya məruz qalmış “Unistream” ilə Rusiyadan köçürmələrin bərpasını təkzib edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan Milli Bankı Rusiyanın “Unistream” pul köçürmə sisteminin Gürcüstanda fəaliyyətini bərpa etməsi ilə bağlı məlumatı təkzib edir.

Şirkətin nümayəndələri Rusiya mətbuatına bildiriblər ki, Gürcüstanda köçürmələr yenilənib - vəsaitlər “Unistream” ofislərindən rublla göndərilir və lari ilə depozitə qoyulur. Şirkət onu da bildirir ki, köçürüləcək minimum məbləğ 1 rubl, maksimum məbləğ isə 100 000-dir, məbləğ ödəniş edildikdən sonra 24 saat ərzində hesaba köçürülür.

“Gürcüstanda qeydiyyatdan keçmiş heç bir kommersiya bankı, mikromaliyyə təşkilatı və ya ödəniş xidməti provayderi “Unistream”in sürətli ödəniş xidmətindən istifadə etmir”, – Gürcüstan Milli Bankı bu gün bəyan edib.

Onların öz izahatlarına görə, Amerika Birləşmiş Ştatları ötən ilin iyul ayında “Unistream”ı sanksiyaya məruz qalan şəxslər siyahısına daxil etdiyindən, Milli Bankın tənzimləməsinə tabe olan qurumların heç biri artıq sözügedən sistemə xidmət göstərmir.

“Maliyyə sistemi ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi maliyyə sanksiyalarına tam uyğundur. Milli Bank ölkənin maliyyə sektorunun tənzimləyicisi kimi Gürcüstanın maliyyə sistemində sanksiyaya məruz qalan şirkət vasitəsilə pul köçürmələrinin aparılmasına icazə verməyəcək. Eyni zamanda, Gürcüstanın maliyyə sektoru adi qaydada işləməyə davam edir”, - Milli Bankın bəyanatında deyilir.

Apreldə Gürcüstana pul köçürmələrinin həcmi 278,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin aprel ayının analoji göstəricisindən 24,8% (91,8 milyon ABŞ dolları) azdır. Milli Bankın statistikasına görə, pul köçürmələrinin azalması Rusiyadan köçürmələrin 69% azalması ilə bağlıdır. Aprel ayında Rusiyadan 49,13 milyon dollar, Amerikadan 46,31 milyon dollar, İtaliyadan 45,80 milyon dollar kğçürmə həyata keçirilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur