Gürcüstan Milli Bankının yaydığı məlumata görə, son vaxtlar fırıldaqçılıq halları qeydə alınıb və bu fırıldaqçılıq fəaliyyətləri “AnyDesk” də daxil olmaqla xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Belə ki, müxtəlif üsullardan – reklamlardan, sosial mühəndislikdən, pul investisiyası müqabilində yüksək gəlir əldə etmək vədindən və digər üsullardan istifadə etməklə istifadəçilər xüsusi proqram təminatını/tətbiqi öz elektron cihazlarına, o cümlədən mobil telefon cihazlarına endirib quraşdırmağa sövq edilir. Milli Bank izah edir ki, quraşdırılmış proqram təminatı fırıldaqçılara telefon və ya müxtəlif proqramları, o cümlədən mobil bankın SMS mesajlarını uzaqdan idarə etməyə və onlara təsir göstərməyə imkan verəcək.
Fırıldaqçıların istifadəçilərin adından kredit aktivləşdirdiyi, əmanətləri vaxtından əvvəl dayandırdığı və virtual aktivlərin alınması üçün müxtəlif hesablara pul köçürdüyü halların da olduğu təsdiq olunmuşdu.
Gürcüstan Milli Bankı vətəndaşları internet/virtual məkanda yayılan təkliflərə, habelə şəxsi, o cümlədən maliyyə məlumatlarını açıqlayarkən xüsusi olaraq diqqətli və ehtiyatlı olmağa çağırır. İlk növbədə təklifi verən şirkətin etibarlılığı və fəaliyyəti haqqında məlumat axtarın, şirkət etibarlı və tanış görünürsə, təklifin şirkətlə olam həqiqiliyini yoxlayın.