Rustavi bələdiyyəsinin Bələdiyyə Məclisində “Milli Hərəkat” fraksiyası boykotu dayandıraraq martın 24-də kvorum olmadığı üçün təxirə salınan 20-ci növbəti iclasını keçirib. Müxalifət partiyasının üzvləri iclasda iştirak etmək qərarına bələdiyyənin maliyyə xidməti Bələdiyyə Məclisi aparatının işçilərinə tətil və biuliten vəsaitini köçürdükdən sonra gəliblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İclasın əvvəlində “Gürcü Arzusu”ndan Rustavi meri Nino Laçabidzenin keçirdiyi brifinq gəlib. O, Bələdiyyə Məclisinin müxalifət çoxluğunu “şəhərin inkişafına qarşı qəsdən hərəkətdə” ittiham edib. Jurnalist merdən meriyanın maliyyə şöbəsinin Bələdiyyə Məclisinin möhürü ilə təsdiq edilmiş sənədləri tanımaması və bu səbəbdən maaş verməməsində şəxsi məsuliyyət hiss edib-etmədiyini soruşub.
“Bu gün Rustavidə o qədər çətinlik var ki, bütün komanda hər gün onların üstəsindən gəlməyə çalışır. Bələdiyyə sədri tərəfindən, möhür, iş prosesləri haqqında daim absurd şeylər eşitmək və bu səbəbdən iclasları daim təxirə salmaq və ya pozmaq utancvericidir. İşçilərin maaşları verilib, lakin bir necə təfərrüatlar var idi. Bələdiyyə məclisinin sədri öz aparatının işçilərinin qayğısına qalmalı, sənədlərin müvafiq qaydada hazırlanmasını təmin etməlidir. Yəqin ki, bunu öyrəndikdə proseslər daha da asanlaşacaq”, - Laçabidze bildirib.
Bələdiyyə Məclisinin sədri, “Gürcüstan Naminə” partiyasının üzvü Nodar Şeroziya “Gürcü Arzusu”nu siyasi təzyiqdə və müxalif Bələdiyyə Məclisinin işini sabotaj etməkdə ittiham edirdi. Onun dediyinə əsasən, 4 ay ərzində möhürlərin hazırlanması xahişi ilə meriyaya müraciət etsə də, satınalma xidməti Bələdiyyə Məclisinə mane olmaq məqsədilə 45 larilik möhürün hazırlanması üçün müqaviləni xüsusi olaraq imzalamayıb. “Bu adamları təmin edənə qədər mən Bələdiyyə iclaslarını keçirməyi düşünmürəm. Problem həll olunmasa, məhkəməyə müraciət edəcəyəm”, - deyə Nodar Şerozia bildirib.
Martın 24-də “Vahid Milli Hərəkat” Bələdiyyə Məclisinin iclasını boykot edib. Partiya üzvü və Bələdiyyə sədrinin birinci müavini Aleksandre Beridze bildirib ki, onların iclaslarda iştirakı davam etdirməyə mənəvi haqları yoxdur.
Rustavi Bələdiyyə Məclisinin müxalifət çoxluğuna “Milli Hərəkat”, “Gürcüstan Naminə” və “Lelo” fraksiyasının 19 üzvü daxildir. 2021-ci il yerli özünüidarəetmə seçkiləri nəticəsinə əsasən “Gürcü Arzusu” cəmi 16 mandata malikdir.