Onlayn media “Mtis ambebi”, Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinə qarşı Tbilisi şəhər məhkəməsinə müraciət edib. “Mtis ambebi” Alaverdi Baş Katedrali yaxınlığında, “Alaverdi Resort” otelinin tikintisi ilə bağlı Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlikdə qəbul edilmiş qərarların və bu qərarların qəbulu ilə bağlı aparılmış inzibati icraat materiallarının təhvil verilməsini tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mtis ambebi”, Mədəni İrsin Mühafizəsi Agentliyinə ictimai məlumat tələbi ilə ilk dəfə Fevralın 12-də müraciət edib. Agentlik ictimai məlumat tələbinə cavab verməyib. İyunun 10-da “Mtis ambebi” materialları yenidən tələb edib, ancaq agentlik “Mtis ambebi”-nin ictimai məlumat tələbini qanunla müəyyən edilmiş maksimum müddət ərzində yenidən cavabsız qoyub.
Agentliyin direktoru Nikoloz Aznauraşvili “Mtis ambebi”-8n inzibati şikayətinə belə baxmayıb, media bundan sonra, avqustun 1-də Tbilisi Şəhər Məhkəməsinə müraciət etdi.
2022-ci il fevralın 3-də həmin vaxt Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri, hazırda İqtisadiyyat və Davamlı İnkişaf naziri və Baş Nazirin müavini vəzifəsində çalışan Levan Davitaşvili, Patriarxlığın tərkibində olan, Alaverdi Katedralının yaxınlığında “Alaverdi Resort” otelinin qanunsuz tikintisinin təməlini qoyub.
Alaverdi yeparxiyası premium klass mehmanxananın tikintisini “Badagon” şirkəti ilə birlikdə həyata keçirir.
Alaverdidə keçirilən tədbirdə Kaxeti qubernatoru İrakli Şioşvili, Axmet bələdiyyəsinin bələdiyyə başçısı Aleksi Fitsxelauri, parlament üzvü İrakli Kadagişvili, Abba Alaverdi mitropolit David iştirak edib.
Tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsi dövlət əhəmiyyətli mədəni irs abidəsi olan Alaverdi kafedralının vizual mühafizəsi ərazisindədir.
Alaverdi yeparxiyasının keşişi Axmeta bələdiyyəsinin meri Aleksi Fitsxelauriyə tikinti ilə bağlı sənəd tələb ilə bağlı yalniz “Mtis ambebi”-in dövlət qurumlarından tikinti ilə bağlı sənədləri tələb etdikdən sora müraciət edib.
Tikintinin icazəsinə hələ də icazə verilməmısinə baxmayaraq, Alaverdi Yeparxiyası və “Badaqon” şirkəti binanın birinci mərtəbəsinin əsas hissəsinin tikintisini artıq başa çatdırıb və Axmeta Bələdiyyə meriyası, qanun pozuntusu faktına görə (xüsusilə mədəni irs abidəsinin mühafizəsi sahəsində icazəsiz tikinti) hələ də münasibət bildirilməyib.
Mehmanxananın tikinti işləri yalnız “Mtis Ambebi”-in Axmeta Bələdiyyəsinin Meriyası və Mədəniyyət Nazirliyi ilə Telavi və Tbilisi məhkəmələrində tikinti ilə bağlı tam sənədlərin tələbi ilə mübahisəyə başladıqdan sonra dayandırılıb. Hal-hazırda “Mtis Ambebi” məhkəmələrdə 3 quruma qarşı iddia qaldırıb.