Bolnisi bələdiyyəsinin Muşevani kəndində əhalinin böyük hissəsi “Aremci” (RMG) şirkətinin kəndin yaxınlığında açıq üsulla qızıl hasilatının başlamasına qarşıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Aremci” Muşevani-2 qızıl-mis yatağında 11.27 hektar sahədə faydalı qazıntıların açıq üsulla, qazma və partlayış üsulu ilə çıxarılmasını planlaşdırır.
Layihəyə əsasən, il ərzində (həftədə ikidəfə) 55-ə yaxın partlayış planlaşdırılıb və qazma qurğuları 200 saat işləyəcək.
Muşevani sakinləri partlayışların evlərinə ziyan vuracağından qorxurlar.
Şirkətin əhatəli hesabatına əsasən, karxanadan ən yaxın yaşayış məntəqəsinə (Muşevani kəndi) qədər olan məsafə təxminən 800 metrdir və mədən yolu yaşayış evlərinin ərazisindən keçmir. Şirkət əhaliyə mənfi təsirləri istisna edir və işləri il boyu, hər gün, 24 saat həyata keçirməyi planlaşdırır.
Hesabat ətraf mühitin muhafizəsi üzrə “Yaşıl alternativ” təşkilatı tərəfindən tədqiq edilib. Onların qeyidlərinə görə, karxananın layihə ərazisi ən yaxın qəsəbə Muşevani kəndindən 450 metr aralıdadır.
“Aremcinin” sənədində qazma və partlayış işləri nəticəsində yaranan səs-küy və vibrasiyanın seviyyəsi müəyyən edilməyib.
Kəndin ənənəvi istifadəsində olan və əhalinin otlaq kimi istifadə etdiyi ərazidə şirkət tərəfindən süxurlarının tullantıları və çirklənmiş suların toplanması üçün gölməçələrin təşkili nəzərdə tutulur. Bu isə o deməkdir ki, əhali artıq bu yerdən istifadə edə bilməyəcək.
Bundan əlavə, layihə ərazisinin yaxınlığında, təxminən 200 metr aralıqda kənd təsərrüfatı torpaqları var. Şirkətin hesabatında açıq mədən işlərinin qeyd olunan ərazilərə torpağın çirklənməsi baxımından hansı mənfi təsir göstərə biləcəyi və belə olan halda bu təsirin azaldılması üçün hansı tədbirlərin görülməsi barədə məlumat verilmir.
- Muşevani-2 layihəsi üzrə karxana ərazisinin böyük bir hissəsi Gürcüstanın palıd meşələri ilə əhatə olunub və Dövlət Meşə Fondunun torpaqlarına düşür. Nə qədər taxta kəsilməsinin nəzərdə tutulduğu təqdim edilmir.
- Layihədə qeyd olunur ki, 2031-ci ilin yayında torpaqların rekultivasiyasına başlanacaq və 2035-ci ildə başa çatdırılacaq. Qeyd edək ki, mədən işlərinə başlanması 2023-cü ildə planlaşdırılır və altı il, ehtimal ki, 2028-2029-cu ilə qədər davam edəcək. Bəlli deyil ki, niyə qazma işləri başa çatandan dərhal sonra meliorativ işlərə başlamaq olmaz”, - “Gürcüstan xəbərləri”nə “Yaşıl Alternativ”in icraçı direktoru Nino Qucaraidze bildirib.
“Yaşıl alternativ”lə yanaşı, Muşevani kəndinin sakinləri də Milli Ekologiya Agentliyinə müraciət edərək, ətraf mühitin pisləşməsi təhlükəsi ilə əlaqədar qurumdan müsbət ekoloji qərar verməməyi tələb ediblər. Məktubu 217 sakin imzalayır.
Milli Ətraf Mühit Agentliyi “Aremci” şirkətinə oktyabrın 8-dək Müşevanidə yaşayan əhali ilə əlaqəni təsdiq edən sənədləri və əgər bacararsa, onlarla müqaviləni agentliyə təqdim etməyi tapşırıb. Həmçinin qurumun “Aremci” şirkətinin ƏMTQ (Ətraf mühitə təsirin qiymətləndirilməsi) hesabında 20 qeydi var və bu müddət ərzində ətraflı məlumat tələb olunur. Bundan əvvəl qurum ekoloji qərarın verilməsinə görə inzibati icraatı dayandırıb.
“Aremci”nin bu gün verdiyi açıqlamaya görə, şirkət yerli əhali ilə kəndin inkişafı, kəndin su təchizatı işləri, müxtəlif sosial və infrastruktur layihələri ilə bağlı memorandum imzalayıb. Bu gün Muşevanidə keçirilən aksiyada “Aremci”yə dəstək verən yerlilərin sözlərinə görə, şirkət onlara söz verib ki, şirkət kəndin su, qaz, yol problemlərini həll edəcək, məktəbi də təmir edəcək.
2014-cü il əhalinin siyahıya alınmasına əsasən, Muşevanidə 905 nəfər insan yaşayır. Bu gün 100-dən çox yerli sakin kəndin mərkəzinə toplaşıb. Onlardan yalnız 10 nəfəri şirkətin planlaşdırdığı fəaliyyətləri dəstəkləyib.