“Namaxvani” layihəsini həyata keçirmək üçün “Enka” ilə danışıqlar aparırıq – Davitaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Enka” müqaviləyə xitam vermək qərarına gəlib, arbitraja müraciət edib. Lakin biz bu şirkətlə dialoq rejimindəyik. Bu çox mühüm strateji layihəni həyata keçirmək üçün danışıqlar aparırıq, mövcud müqaviləyə daxil edilə biləcək müxtəlif növ dəyişikliklərdən danışırıq. Bizim üçün “Namaxvani” strateji layihə olaraq qalır və bu və ya digər formatda mütləq həyata keçiriləcək. Yaxın vaxtlarda danışıqların nəticəsi olaraq daha çox məlumat əldə edəcəyik”, - deyə iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili parlamentin iclasında çıxışı zamanı bildirib.

Namoxvani SES kaskadı ilə bağlı iqtisadiyyat nazirinə sualı ünvanlayan “Gürcü arzusu”nda olan Kutaisi deputatı Zaza Lominadze oldu: “Əhalinin yüksək marağına görə sizdən soruşmaq istərdim ki, Namaxvan SES-də vəziyyət necədir, siz bu istiqamətdə nə edəcəksiniz, dövlətlə “Enka” arasında indiki vəziyyət necədir?”

Tikintisinə Türkiyənin “Enka Renewables” şirkəti tərəfindən başlanılan Namoxvani SES kaskadına iki SES daxildir - 100 MVt-lıq “Zemo Namaxvani SES” və quraşdırılmış gücü 324 MVt olan “Kvemo Namaxvani SES”. Tviş kəndi yaxınlığında “Zemo Namaxvani SES” su bəndinin tikintisi nəzərdə tutulur. Su bəndinin hündürlüyü 56 metrdir. SES üçün 1000 hektara yaxın ərazi su altında qalacaq. “Kvemo Namaxvani SES”in əsas strukturu üçün Namaxvani kəndinin üstündə, Rion çayının dar vadisində hündürlüyü 105 metr olan bəndin tikintisi planlaşdırılır. Burada 500 hektardan çox ərazi su altında qalıb. “Kvemo Namaxvani SES” üçün 4400 metrlik (diametri 9 metr) tunelin tikintisi planlaşdırılır ki, burada Rion çayının istiqaməti dəyişdiriləcək.

Gürcüstan hökuməti şirkətə Rion vadisində su elektrik stansiyalarının tikintisi üçün 600 hektardan çox torpaq verib, 300 hektarı mülkiyyətində, qalanı isə 99 il müddətinə icarəyə verilib. Namoxvani SES kaskadının tikintisinə icazə verilməzdən əvvəl vadinin böyük bir hissəsi şirkətə verilib. Hələ bu ərazidə nəhəng su elektrik stansiyası tikmək mümkün olub-olmayacağı ilə bağlı araşdırmalar belə yox idi.

Namoxvani SES kaskadının tikintisinə qarşı davamlı etirazlara “Rion Vadisini xilas etmək” hərəkatı rəhbərlik edirdi. O, hökumətlə investor arasında bağlanan müqavilənin gözlənilən təhdidləri və son dərəcə ağır şərtləri ilə razılaşmadığını izah edirdi.

Su elektrik stansiyaları kaskadının tikintisi üçün verilən ekoloji qərarlar və icazələr yerli sakinlər və “Yaşıl Alternativ” tərəfindən məhkəməyə verilib. Tbilisi Şəhər Məhkəməsi iki il əvvəl qaldırılan iddiaya hələ də baxmağa başlamayıb.

“Enka Renewables” ötən ilin sentyabrında Gürcüstan hökumətinə Namaxvan SES layihəsini həyata keçirməkdən imtina etdiyini və 2019-cu ildə imzalanmış müqaviləni ləğv etdiyini bildirib.

2022-ci ilin aprelində Gürcüstanın baş naziri İrakli Qaribaşvili demişdi ki, “Namaxvan SES”, “Nenskra SES” və “Xudon SES” dövlətin iştirakı ilə tikilməlidir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur