“Vahid Milli Hərəkat”ın sədri Nika Melianın sözlərinə görə, minlərlə polis əməkdaşı Gürcüstanın Daxili İşlər Nazirliyini və ölkəni tərk edir. Nika Melianın sözlərinə görə, nazirlik əməkdaşların yazdığı yüzlərlə ərizəyə cavab vermir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Müxalifət partiyasının sədri avqustun 23-də keçirdiyi brifinqdə bildirib ki, polis əməkdaşları Gürcüstanda inkişaf perspektivi görmürlər və “onlar rusiyalı oliqarxın şəxsi təhlükəsizliyində işləmək istəmədikləri üçün ölkəni tərk edirlər”.
“Minlərlə polis əməkdaşı fəal şəkildə bu ölkəni tərk edir və ya tərk etməyi düşünür”. Nəzərimdə, Daxili İşlər Nazirliyi sistemində işləyən vətənpərvər polisləri tuturam.
Daxili İşlər Nazirliyinin təkcə avqust ayında elan etdiyi vakant vəzifələr hüquq-mühafizə strukturlarından kadr axınının kütləvi olduğunu təsdiqləyir. Nazirlik Patrul Polis İdarəsində 145 vakant vəzifə üzrə müsabiqə elan edib. Polis bu qədər sayda vakant yeri hələ xatırlamır.
Agentlikdə xidmətdən çıxmaq xahişi ilə yazılan yüzlərlə ərizə var ki, onlar qəbul edilmir, lakin çoxları heç soruşmadan qaçıb gedir. Onlar qaçıb Meksikadan Amerikaya keçdikdən sonra artıq zəng edərək qurumdan ayrıldıqlarını bildirirlər.
Ona görə qaçırlarki, bu hakimiyyət vətənpərvər insanlara ölkədə durmağa yer qoymayıb. O qədər hörmətsizlik, o qədər ümidsizlik var ki, onlardan o qədər qeyri-qanuni sifarişləri yerinə yetirmək istənilir ki, bu işsiz ölkədə iş yerlərini özbaşına tərk edirlər”- deyə Nika Melia bildirib: hansı ki, polis məmurlarının maaşına diqqət çəkdi: “Bir polisin maaşı 1600 larini keçmir lakin, onların naziri, İvanişvilinin şəxsi mühafizəçisi Qomelauri dəbdəbəli evləri və bağ evləri ilə fəxr edir, ailə üzvlərinin toy məclislərinə yüz minlərlər lari, sadəcə olaraq bir tort üçün isə 5000 lari xərcləyir. Rus Arzusu hökumətinin dəyişməsindən sonra gələn hakimiyyət hər şeyi edəcək ki, polis hakimiyyətin əleyhdarları ilə deyil, cinayətkarlarla mübarizə aparsın”.
Avqustun 17-də Daxili İşlər Nazirliyinin Patrul Polisi İdarəsində 145 vakant vəzifə üçün müsabiqə elan edib. Nazirliyin saytında yerləşdirilən məlumata görə, müsabiqə 47 patrul inspektoru, 38 sərhəd nəzarətçisi və 60 sərhəd nəzarətçisi vəzifəsi (əmək müqaviləsi ilə işləyən şəxslər) üzrə keçirilir. Daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, departamentdə "insanlar gəlib-gedirlər".
“Kimin ölkəni tərk etdiyini bilmirəm. Bəziləri gedir, bəziləri gəlir. 4000 nəfər [agentlikdən] getdisə, nə qədəri gəldi, heç soruşmadın?
Mənim polislərimin maaşı nə qədər çox olsa, bir tək polislərin deyil, hərkəsin maaşı yaxşı olsa ən çox mən sevinərəm. Axarla, necə deyərlər, 4000 nəfər necə gedirsə eyni sayda gəlir. İndi biz 140 və ya 145 nəfərlik vakansiya elan etmişik. Məsələ qalxdı ki, ay ana, nə baş verir, ölkə dağılır, eyni zamanda biz qurumda 38 min nəfərik. Təsəvvür edin, 145 nəfər üçün! Oradan, səhv etmirəmsə, təxminən 60 və ya 58 sərhəd xidməti üçün idi hansı ki, ingilis dilini bilmək mütləq tələb idi. Turistləri qarşılayıb, qəbul etmək və s. səviyyəsində dil bilməyən namizədlərimiz də çox idi. 140 nəfərlik vakansiya elan etdik, hay-həşir qopardınız. Bu məsələyə sonrda 4000 nəfərin tərk etdiyini qoşdunuz. 4000 getdi, ola bilər 5000 gəldi. Mövzu başdan-ayağa budu. İnsanlar gəlir və gedirlər” -deyə Vaxtanq Qomelauri bildirib.