“Oçneba” gürcü xalqının Avro-Atlantik istəklərini yayındırmağa hazırdır - Senator Makkonel

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

ABŞ Senatında Respublikaçı Senator və Azlıqların Lideri Mitç Makkonel Gürcüstanda baş verənləri şərh edib və gürcü xalqı ilə həmrəy olduğunu bildirib. Senatda çıxışı zamanı Makkonel “Gürcü Arzusu” partiyasını Moskva üçün əlverişli tərəf kimi göstərib və Gürcüstan hakimiyyətini “xarici agentlər” haqqında rus qanununu geri götürməyə çağırıb.

Senator Makkonelin bəyanatını “Amerikanın Səsi” tərcümə edib və onu dəyişməz olaraq təqdim edirik:

“Gürcüstanın parlament çoxluğunun hakimiyyətə can atması ölkənin vətəndaş cəmiyyətini məhv etmək təhlükəsi yaradır və onun demokratik təməlini sarsıdır.

Hakimiyyət üzərində nəzarəti gücləndirmək üçün “Gürcü Arzusu” partiyası gürcü xalqının Avroatlantik istəklərini yayındırmağa hazırdır.

[Gürcüstanda] Kifayət qədər böyük siyasi müxalifət olsa da, o, xroniki olaraq öz maraqlarına zidd olaraq parçalanıb.

Partiya liderlərinin zəifliyinə baxmayaraq, minlərlə gürcü küçələrə çıxaraq etiraz aksiyalarına qatılıb. Onların öz müqəddəratını təyin etmək və Rusiyanın təsirindən azad olmaq istəkləri tamamilə açıqdır. Sorğularda hər beş gürcüdən dördü Avropa gələcəyini açıq şəkildə arzuladıqlarını deyir.

Onlar hesab edirlər ki, Qərb qonşuluğunda, qanunun aliliyinin hökm sürdüyü demokratik ölkələr arasında yerləşmək onların maraqlarına uyğundur.

Amerika Birləşmiş Ştatları üçün Gürcüstanın hara getməsi vacibdir - şərqə və ya qərbə. Bizim marağımız Putin və Si Cinpin kimi tiranların təcavüzünə qarşı çıxan azad insanların yanında olmaqdır. Bu, Tayvan və ya Ukrayna, Estoniya və ya Yaponiyaya şamil olunur. Gürcüstan üçün də belədir. Gürcü xalqı öz gələcəyini Moskvanın xeyrinə olan partiya liderlərinin onlara diktə etdiyinə görə yox, özü seçməyə layiqdir.

Bəs ruslar niyə Gürcüstanın gələcəyinə nəzarət etmək ideyasında qərarlıdırlar? Bu, Putinin neoimperialist fantaziyasından qat-qat daha artığdır. Coğrafiya vacibdir. Gürcüstan minilliklər boyu Qara Dəniz sahilində sivil dünyanın qovşağında dayanıb. Bu, kritik resurslar üçün əsas keçid nöqtəsidir. Bu gün Ermənistanla birlikdə Moskva və Tehrandakı avtoritar tərəfdaşları birləşdirən arzuolunan quru körpüdür.

Gürcü xalqının tarixi uzun illər münaqişələr və işğallarla yadda qalıb. Onların uzun müddət dayanıqlılıq ənənəsi və fəxr olunası zəngin mədəniyyəti var. Rusiyaya boyun əyməklə Qərbə üz tutmaq arasında fərq olduğunu bilirlər.

Beləliklə, gürcü xalqının Qərbdəki dostları kimi ümid edirəm ki, bu, onların fəxr edəcəyi bir an olacaq. Rusiyanın müdaxiləsinə qarşı müqavimətin onların xırda fikir ayrılıqlarını bir kənara qoyub onları birləşdirəcəyi an.

Təbii ki, bu, həm də o məqam olmalıdır ki, Gürcüstanın hakim partiyası öz xalqının iradəsinə məhəl qoymamağın, Putinin şıltaqlıqlarını yerinə yetirmək üçün edilənlərin bədəlini dərk edib, Qərblə münasibətlərin suya atılması prosesini dayandırsın. Ümid edirəm ki, Tbilisidə hakimiyyətdə olan insanlar [ölkənin] suverenliyini [Rusiyaya] itaətdən üstün tutacaqlar... və onlar parlamentdən rus qanunu geri götürəcəklər”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur