Prezident Salome Zurabişvili Tbilisi şəhər məhkəməsinin Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin səhhətinə görə cəzasının təxirə salınması ilə bağlı qərarına münasibət bildirib. Onun sözlərinə görə, əfv nə Saakaşviliyə kömək edəcək, nə də ölkənin reputasiyasını bərpa edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Prezident bu qərarın ədalətliliyini/ədalətsizliyini müzakirə etmir və müzakirə edə bilməz, lakin bu qərara siyasi qiymət vermək bizim hamımızın öhdəliyidir. Bir şey aydındır ki, bu qərarla gürcü xalqı qapalı dairədə dolaşmağa və bu vəziyyətin girovuna məhkum edildi.
Ölkənin görünməmiş diskreditasiyası davam edir, bu, bizim tərəfdaşlarımızla münasibətlərimizi düzgün şəkildə inkişaf etdirməyə mane olur, bu ən çətin zamanda Ukrayna xalqına və ölkəsinə qarşı həmrəyliyimizi ifadə etməyə mane olur, gürcü ənənəsinə xələl gətirir, bu bizim qəbul edilmiş Avropa perspektivimizə mane olur, 12 tövsiyə üzərində işləməyə və onları yerinə yetirməyə mane olur, beləliklə, bizim namizəd statusu almağımıza mane olur.
Ölkə bu yeganə məsələnin girovudur. Bu zaman bizim üçün həlledici olan bütün digər məsələlər bu gün ictimai səviyyədə belə müzakirə olunmur. Nə işçi qüvvələrimizin, əsasən də gənclərin xaricə axınının artan tendensiyaları, nə də Rusiyadan kütləvi axın və onun mümkün təhlükələrinin qarşısını almaq üçün hökumət tərəfindən lazımi strategiya işlənib hazırlanmır.
Əhalimizin böyük bir hissəsini tamamilə təhqir edən sual və şübhələr yaranır – “ Gürcüstan bəyan etdiyi oriyentasiyaya əməl edir, yoxsa Rusiyanın orbitinə qayıdır?”
Ölkənin reputasiyası zədələndi, inamı sarsıldı, yeni geosiyasi kontekstdə yerimiz qeyri-müəyyən oldu. Əgər Rusiya inansaydı ki, biz ənənəvi tərəfdaşlarımızın açıq dəstəyini itirmişik, bu, özlüyündə təhlükəli ola bilərdi”, - Salome Zurabişvili deyir.
Onun sözlərinə görə, ölkənin bu cür diskreditasiyası iqtidarla müxalifətin birgə səyinin nəticəsidir.
Bir tərəfdən, hökumətin Rusiyaya qarşı ritorikası, inadkar qərarları və anlaşılmaz yumşaqlığı (Rusiyadan bəhs edərkən həddindən artıq ehtiyatlılıq, sanksiyalardan yayınma ritorikası və ya uçuşların bərpasının müsbət qiymətləndirilməsi), ukraynalılara və tərəfdaşlarımıza qarşı sərt və tez-tez təhqiramiz tənqidlərlə ziddiyyət təşkil edir. Digər tərəfdən, Mixeil Saakaşvilinin ailəsinin bəzi nümayəndələrinin ölkənin reputasiyasına xələl gətirən mesajları, hansı ki, son vaxtlar yaxşı planlaşdırılmış və həyata keçirilən kampaniyaya çevrildi, "humanitar mövqedən" kənarda heç də az zərərli olmadığı ortaya çıxdı (Putinin Rusiyası ilə seçilmiş və əsassız eyniləşdirmə və Navalninin həbsi və ya Osventsimin xatırladılması).
Ölkəni ikitərəfli diskreditasiyadan heç bir prezidentin əfv fərmanı xilas edə bilməz, bu sadəcə prezidentin fərdi və şəxsi iradəsinin ifadəsidir və Avropanın bizdən tələb etdiyi rejimin yeni yanaşmasının və ya real depolarizasiyanın əlaməti deyil. Sabiq prezidentin dediklərini nəzərə alsaq və onun etiraf etmədiyi, peşman olmadığı cinayətləri nəticəsində, gözləniləndir ki, onun azadlığa çıxacağı təqdirdə təkcə hakimiyyətin deyil, faktiki olaraq ölkənin reputasiyasının və deməli, Avropa şanslarının aktiv rəqibinə çevriləcək.
Ölkəni bu vəziyyətə salmaq məsuliyyəti keçmiş prezidenti ölkəyə girməyə razı salanlarla, onu içəri buraxanlar və faktiki olaraq daha buraxmayanlar arasında bərabər bölünür”, - qeyd edir Zurabişvili.
Gürcüstan prezidenti hesab edir ki, hökumət praktiki olaraq Avropa yolunu və 12 tövsiyənin icrasını siyasi gündəmdən çıxarıb.
“Ölkənin bu böyük şansını əldən buraxmaq, Avropa yolumuzu prioritetdən ikinci dərəcəli məsələyə çevirib başqa mövzu ilə əvəz etmək cinayətdir və gələcək üçün böyük məsuliyyətdir. Bu gün tərk edilmiş vətəndaşların ölkədən getməsi iqtidar və müxalifətin birgə məsuliyyətidir.
Prezidentə müraciət etmək camaatı bir daha aldatmaq cəhdindən başqa bir şey deyil, sanki hamı, ya biri, ya digəri bilmir ki, Mixeil Saakaşvili prezidentin əfv fərmanı ilə azad edilə bilməz (O, daha üç iş üzrə təqsirləndirilir) və ən əsası isə odur ki, bu imza ilə ölkə nə öz simasını, reputasiyasını bərpa edə, nə də Avropa yolunda həlledici nəticələr əldə edə bilər.
Simamızı və güvənimizi bərpa etmək başqa səy, fərqli şüur tələb edir; hökumətdən tələb olunur- bu məsələ ölkəyə ziyan vurur və hüquqi və humanist həll yolu tapılmalıdır; müxalifətdən tələb olunur - Saakaşvili birdəfəlik öz cinayətini etiraf etməli, siyasətdən getmək şərti ilə ölkəni və özmüxalifəti girovluqdan azad etməlidir.
Hər kəs bu ölkənin gələcəyi ilə bağlı fərziyyələr aparıb oynamağı dayandırmalı, məsuliyyət alaraq ölkənin simasına xələl gətirməkdən əl çəkməlidir. Bu məsələ Gürcüstanın siyasi məkanından çıxarılmalı və beləliklə, bu ölkəyə nəfəs almaq, yaşamaq, inkişaf etmək və Avropa Birliyinə layiqli namizəd statusu almaq imkanı yaradılmalıdır! Bu, Gürcüstan xalqının öz hökumətinə qarşı iradəsi və sifarişidir və heç kimin bu iradəni yerinə yetirmək üçün hər şeyi etməməyə haqqı yoxdur!”, -Zurabişvilinin bəyanatında deyilir.
Fevralın 6-da Tbilisi şəhər məhkəməsinin hakimi Qiorqi Arevadze iki aylıq dinləmədən sonra Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvilinin vəkillərinin Saakaşvilinin cəzadan azad edilməsi və ya səhhətinə görə cəzaçəkmənin təxirə salınması barədə vəsatətini təmin etməyib. Saakaşvilinin vəkili Şalva Xaçapuridze qeyd edir ki, Tbilisi şəhər məhkəməsinin qərarı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.
Məhkəmə qərarı elan edəndən sonra “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili partiyanın parlament fəaliyyətini dayandıracağını, mandatdan çıxmaqla bağlı isə avropalı tərəfdaşları ilə məsləhətləşəcəklərini açıqlayıb. “Milli Hərəkat” Tbilisidə və regionlarda etiraz aksiyaları elan edir.