2022-ci ildə gürcü şərabının Rusiyaya ixracı 23 % artaraq 161 milyon dollar təşkil edib. Gürcüstan şərabının ixracının 64 %-i Rusiya bazarına məxsusdur, bu, gürcü şərabının Rusiya bazarına qayıtmasından sonra 2013-cü ildən bəri ən yüksək göstəricidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Beynəlxalq şəffaflıq - Gürcüstan”ın qiymətləndirməsinə görə, Gürcüstanın Rusiyadan iqtisadi asılılığı təhlükəlidir, çünki Sovet İttifaqının dağılmasından sonra Rusiya dəfələrlə Gürcüstan, Ukrayna, Moldova və digər ölkələrə qarşı iqtisadi lingdən istifadə edib. 2006-cı ildə Rusiya Gürcüstana təbii qaz və elektrik enerjisinin verilməsini dayandırdı, daha sonra faktiki olaraq Gürcüstandan Rusiyaya məhsulların ixracına qadağa qoydu və həmin ilin sonunda Gürcüstan vətəndaşlarını deportasiya etməyə başladı. 20 iyun 2019-cu il hadisələrindən sonra Rusiyadan Gürcüstana uçuşlar qadağan edilib.
“2022-ci ilin fevral ayının sonunda Rusiyanın Ukraynada başladığı müharibədən sonra Rusiyaya qarşı tətbiq edilən sərt sanksiyalar onun iqtisadiyyatının azalmasına gətirib çıxarır ki, bu da onunla sıx iqtisadi əlaqələri olan ölkələrə də təsir edir”, - “Beynəlxalq şəffaflıq - Gürcüstan” qeyd edir və Gürcüstan hökumətinə Rusiya ilə ticarəti azaltmaq üçün bütün strateji tərəfdaşlarla azad ticarət sazişlərinin imzalanması üzərində daha fəal və tez işə başlamağı tövsiyə edir, hansı ki, belə bir razılaşma hələ olmayıb.
Qeyri-hökumət təşkilatı hesab edir ki, Rusiyadan iqtisadi asılılığı artıran biznesə dövlət büdcəsindən subsidiyalar (qrant, güzəştli kredit və s.) verilməməlidir.
Ötən il Gürcüstanın Rusiyadan iqtisadi asılılığı digər istiqamətlərdə də artıb. 2022-ci ildə Gürcüstan Rusiyadan pul köçürmələri, turizm və mal ixracı vasitəsilə təxminən 3,6 milyard ABŞ dolları gəlir əldə edib, hansı ki, 2021-ci ildə Rusiyadan eyni mənbələrdən əldə edilən gəlirdən 3 dəfə çoxdur. Bu göstərici hətta 2019-cu ildə, yəni “Covid” pandemiyası başlamazdan əvvəl Rusiyadan əldə edilən gəliri 2 dəfə üstələyir. Artım əsasən pul köçürmələrinin sıçrayış kimi artması ilə bağlıdır.