Hakim “Gürcü arzusu” partiyasının sədri, parlament çoxluğunun lideri İrakli Kobaxidzenin sözlərinə görə, onun övladları özəl məktəbdə təhsil alırlar, çünki oradakı təhsilin keyfiyyətini özü bəyənib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Burada hallar fərqlidir. Mən şəxsən övladlarımı özəl məktəbə göndərirəm. Xüsusi bir özəl məktəb var idi ki, orada təhsilin keyfiyyətini bəyəndim və ona görə də bu qərarı verdim.
Təbii ki, bunda müəyyən narahatlıqlar var. Sizinlə razılaşmaq məcburiyyətindəyik, amma reallıq budur, vəziyyət belədir”, - Kobaxidze mediaya bildirib.
Onun sözlərinə görə, dövlət məktəblərində özəl məktəblərdə olduğu kimi keyfiyyətli tədrisin aparılması ciddi çağırışdır.
“Ümumiyyətlə, özəl məktəb keyfiyyət təminatı daxil olmaqla, daha çox sərmayə qoymaq lüksünə malikdir. Dövlətə gəlincə, təbii ki, onun resursları məhduddur və hər şey iqtisadiyyatdan asılıdır. İqtisadiyyatımız adambaşına təqribən 5000 dollardır və tutaq ki, Almaniyanın iqtisadiyyatı ondan on dəfə böyükdür. Buna görə də Almaniya məktəbləri keyfiyyətinə Gürcüstandan on dəfə çox sərmayə qoya bilər. Təbii ki, bu, dövlət məktəblərində inkişaf etmiş Avropa ölkələrindən daha aşağı keyfiyyətə gətirib çıxarır və tədricən bu inkişaf etdirilməlidir. Bunun üçün ciddi konseptual yanaşma tələb olunur. Təhsil Komitəsi də bunun üzərində işləyir. Mühüm çağırışlardan biri ondan ibarətdir ki, biz təhsilə daha çox büdcə vəsaiti yatırmağı bacarmalıyıq. Bir vaxtlar ÜDM-in 6%-nin təhsilə, o cümlədən ümumi təhsilə yatırılması planı var idi, lakin covid pandemiyası səbəbindən hər şey dəyişdi. Ümid edirəm ki, bacarıb bu göstəriciyə qayıdacağıq”, - deyə İrakli Kobaxidze bildirib.
Əmlak bəyannaməsinə əsasən, 2021-ci ildə İrakli Kobaxidze 10 və 7 yaşlı övladlarının təhsili üçün ümumilikdə 18 455 lari, 2020-ci ildə isə 13 468 lari ödəyib.
Ovladlarini özəl məktəbə verirlər,sonra da millətdən pul alırlar. Burunlarından gəlsin hamısının. Biz isə sefil həyatı yaşayırıq. Bezirik əlindən hər şeyin. Giorgi amilaxvaridsir, Kobaxidzesidir, Qaribaşvilisidir, hamısı elədir da.
Parlamentin Təhsil və Elm Komitəsinin sədri, “Gürcü arzusu”nun üzvü Giorgi Amilaxvarinin övladlarıda özəl məktəbdə təhsil alırlar. 2021-ci il əmlak bəyannaməsinə görə, Amilaxvari iki övladının təhsili üçün 25 000 lari və 5 900 ABŞ dolları, 2020-ci ildə isə 15 000 lari və 6 400 ABŞ dolları ödəyib.
Baş nazir İrakli Qaribaşvilinin dörd övladının hamısı özəl məktəbdə oxuyur. Onların ən kiçiyi bu il birinci sinfə gedib. Mülkiyyət bəyannaməsinə görə, baş nazirin ailəsi 2005-ci il təvəllüdlü böyük oğlunun özəl məktəbdə təhsil alması üçün ildə cəmi 24 min lari ödəyir.