Oğurlanmış məzmunun internetdə yayılması qanunla qadağan olundu

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın ən məşhur iki kino saytı, imovies.cc və adjaranet.com avqustun 23-dən etibarən fəaliyyətini dayandırıb. Sayt yenidən qurulma prosesindədir - veb səhifələrdə bu cür yazıları qarşılaşa bilərsiniz. Hər iki sayt oğurluq filmlər yayırdı.

 Gürcüstanın Milli Rabitə Komissiyasının məlumatına görə, ötən həftə komissiya öz platformalarını bu cür məzmundan təmizləməsi üçün qanunsuz məzmun yayan saytlara növbəti dəfə müraciət edib. Bir neçə sayt tələbə əməl etməyib, bundan sonra komissiya internet provayderlərinə müraciət edərək onlara qarşı müvafiq tədbir görülməsini istəyib.

Komissiyanın məlumatına görə, pirat audio-vizual məhsullar yayan saytlara bağlanmazdan əvvəl fəaliyyətlərini qanuna uyğunlaşdırmaq üçün maksimum iki il müddət tanınıb.

“Müəllif hüquqlarını pozaraq internet məkanında audio-vizual məzmunun yerləşdirilməsi müxtəlif internet saytları tərəfindən qeyri-qanuni şəkildə yayılan eyni məzmunu pulla almış və qanuni olaraq istifadəçilərə təklif edən şirkətlərə ciddi maliyyə ziyanı vurur və bu səbəbdən də həmin məzmunun hüquqi olaraq qanuni sahiblərinə ziyan vurur. Bu, eyni zamanda, ölkənin imicinə və reputasiyasına xələl gətirir”, - deyə komissiyanın açıqlamasında bildirilir.

İlk qanuni gürcü onlayn kinoteatrı olan CAVEA.PLUS bir neçə gün əvvəl bazara daxil oldu. "Cavea Plus" aparıcı yerli və dünya kinostudiyalarının (Disney, Sony, Warner, Paramount, Universal, HBO) film və seriallarını birləşdirir.

Cavea Plus film və seriallar kitabxanası üç dəstdən ibarətdir: qaranlıq dəst, abunə dəsti və satınalma dəsti. “Qaranlıq set”ə baxılması və daxil edilməsi pulsuz olan filmlər və seriallar daxildir, qeydiyyatdan keçmək kifayətdir; Sınaq yayımı başa çatdıqdan sonra məzmunun bir hissəsi abunə və satınalma paketlərinə köçürüləcək. “Abunəlik dəsti”nə daxil olan filmlərə və seriallara baxmaq üçün qeydiyyatdan keçmək və aylıq abunə olmaq lazımdır, ödənişi 9 laridir. Əldə olunmuş bir abonimentdən 5 nəfər istifadə edə bilər. Filmlər hazırda yalnız orijinal dildədir. Imovies.cc və adjaranet.com  filmlərin bəzi hissəsini gürcü dilinə tərcümə edirdilər. Hər iki saytın adminstrasiya tərəfindən filmlərin tərcüməsi və dublyajı üçün onlarla insan çalışırdı.

2019-cu ildə Gürcüstan internet piratçılığına görə xəbərdarlıq alıb. Amerika kinostudiyaları Gürcüstandakı saytlarda qeyri-qanuni filmlərin nümayişindən narahat olduqlarını bildiriblər və problem həll olunmayacağı təqdirdə ölkəyə sanksiyalar barədə xəbərdarlıq edilib hansı ki, film və televiziya dünya premyeralarının gecikməsi və ya bəzi hallarda onların tamamilə ləğvi ilə ifadə edir.

Amerika kinostudiyalarının sifarişi ilə Facebook və Instagram-da gürcü pirat saytlarının (adjaranet.com, iMovies.cc, croconet.com, srulad.com, movies.ge, geosaitebi.ge, qartulad.com, hoovies.net) səhifələri 2022-ci ildə Noyabr ayında silinib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur