Papuaşvili Şovi fəlakəti ilə bağlı rəyi şübhə altına alan mütəxəssilərə hücum edir 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentin sədri Şalva Papuaşvili Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladzeni, “Yaşıl Alternativ” ətraf mühit təşkilatını və “Dağ Xəbərləri” onlayn nəşrini təxribatda ittiham edib.

“Bu kritik, böhranlı məqamda, səfərbərliyin, dəstəyin və təsdiqlənmiş məlumatların yayılmasının vacib olduğu bir vaxtda, təəssüf ki, bu bir neçə gün ərzində müəyyən məlumat dalğası var idi. Gürcüstan, faktiki olaraq informasiya hücumuna məruz qaldı.

Bizdə bir-iki geoloq və ya ixtisasca kimsə var, bilmirəm bu günlərdə televizorda tez-tez görünürdü, xüsusən də bir xanım [Tea Qodoladze]. Bizdə bir-iki belə insan var ki, böhran zamanı mütləq yalanlarla panika qaldırır.

Onun dedikləri tamamilə yalan idi. Bilmirəm səriştəli yalan idi, yoxsa səriştəsiz cahillik, lakin o da və digər KİV-lərdən “Dağ Xəbərləri”də bunu deyirdi ki, guya orada iki gündür ki, su yığılıb qalıb və Buba vadisinə iki gün su getməyib və ya azalıb. Bu da, həmçinin yalan idi. Bu, birbaşa elmi cəhətdən sübuta yetirilir. Çançaxa sensor quraşdırılıb və onun qolu Buba çayıdır. Hədisə günü və aylıq məlumatları mən də görmüşəm və avqustun 3-nə kimi suda heç bir dəyişiklik olmayıb. Beləliklə, bu ikinci yalanın da əlavə olunduğu daha bir yalandır ki, guya orada, yuxarıda bir növ su yığılıb, açıq göl yaranıb. Bu tamamilə yalandır və ölkənin böhranda olduğu bir vaxtda yayılır. Bu tamam təxribatdır və ölkənin kürəyindən vurlan bıçaq zərbəsidir.

Həmçinin, guya Milli Ətraf Mühit Agentliyininə məxsus olan, orada palçıq axınını gözlənilən olduğunu göstərən təhlil də, əslində tamamilə yalan idi.

Mən bu yalanı təkzib etmək üçün bir neçə dəfə “Yaşıl Alternativ”ə müraciət etmişəm və təəssüf ki, əl çəkməyiblər və bu yalanı saxlayıblar.

Onlar birbaşa Dğviora çayını çəkilmişdilər ki, bu çay bir neçə yüz metr aşağıda, o biri tərəfdədir bu vadi. Orada ümumiyyətlə heç nə baş verməyib, nəsə olubsa, bunun Şovi kurortu ila heç bir əlaqəsi olmayıb. Aydındır ki, insanlar geologiyanı bilmirlər, amma insan heç olmasa coğrafiyanı öyrənməlidir”, Papuaşvili bildirib.

Raçada, Şovi kurortunun ərazisində avqustun 3-də baş vermiş palçıq uçqunu kurortu demək olar ki, tamamilə məhv edib, indiyədək 19 cəsəd tapılıb, onlardan 14-nün şəxsiyyəti müəyyən edilib. Rəsmi məlumata görə, uşaqlar da daxil olmaqla 15 nəfər itkin düşmüş hesab olunur.

Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin ilkin rəyinə əsasən, 2023-cü il avqustun 3-də Bubistskali çayı vadisində baş vermiş fəlakətli geoloji və hidrometeoroloji hadisələrə buzlaqın intensiv əriməsi, buzlaqın mənbəyində qaya uçqununun çökməsi, yalnız təbii amillərlə əlaqəli olan atmosfer yağıntıları, sürüşmə-eroziya prosesləri və buzlaq axınının keçməsi səbəb olub.

Hökumət iddia edir ki, bu faciəni dəf etmək mümkün deyildi.

“Yaşıl Alternativ”in direktoru Nino Qucaraidzenin sözlərinə görə, problem ən azı 9 ildir ki mövcud idi və bu, bütün çay hövzəsində aktiv monitorinq tədbirlərinin planlaşdırılması, erkən xəbərdarlıq sistemlərinin quraşdırılması və rasiya planlarının yaradılması üçün kifayət edəcək vaxt idi. Onun sözlərinə görə, əgər bütün bunlar olsaydı, insan təələfatı nöqteyi-nəzərindən belə bir nəticənin olmayacağını iddia etmək üçün tutarlı əsasımız var.

Milli Seysmoloji Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze də hesab edir ki, Buba vadisində erkən xəbərdarlıq sistemi quraşdırılmış olsa idi, insan tələfatının qarşısını almaq mümkün olardı.

Parlamentin sədri Şalva Papuaşvili “Dağ Xəbərləri”ni, hansı məlumatı yayıb, hansını yaymamağa hələ avqustun 5-də çağırıb. O feysbuk yazılarından birinin silinməsini də tələb edib. Həmin gün “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze “İmedi” teleşirkətinin efirində “Dağ Xəbərləri”nin redaktorunu nakişi adlandırıb. Bunadək, avqustun 4-də Şovidə yerli məmur nəşrin redaktoru Qela Mtivlişviliyə bildirib ki, əgər özünü düzgün aparmasa, onu “suya atacaq”. Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiya İdarəsinin rəisi Keti Kovziaşvili də “Dağ Xəbərləri”nin işindən narazılığını bildirib.

Raçadakı təbii fəlakət haqqında məlumatı ilk dəfə “Dağ Xəbərləri” yayıb. Nəşrin jurnalistləri ilk gündən fəlakət zonasında işləyir və ictimaiyyətə fasiləsiz məlumat verir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur