Parlamentin sədri Şalva Papuaşvili Parlament Sarayında təhlükəsizliyin mühafizəsi üçün yeni qaydanı təsdiqləyib, ona əsasən Parlament Sarayına daxil olmaq istəyənlər üçün daxil olmanın məqsədini göstərməsi məcburi olacaq. Bundan əlavə, bir neçə növ qadağalar tətbiq edilir. Sərəncam bu il sentyabrın 18-dən qüvvəyə minir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Əvvəlki kimi vəsiqə vermək hüququ olan parlament üzvlərinə, eləcə də müvafiq aparat üzvləri yenidən vəsiqə verə biləcək. Qeydiyyat bürosu səhər saat 7 deyil, səhər 9-a qədər açıq olacaq. Həmçinin, vəsiqənin verilməsi zamanı məqsədin - xüsusən də görüş və ya tədbir olduğunu göstərmək öhdəliyi tətbiq edilir. Təəssüf ki, bizdə elə hallar olub ki, vəsiqə bir şəxs tərəfindən onlarla bərabər gedən qonaq üçün deyil, başqa tədbir və ya başqa bir şəxs üçün verilib. Ona görə də bu qaydaya riayət olunması vacibdir”, - Papuaşvili bildirib.
Yeni qaydalara əsasən:
- Parlament Sarayına qonaq qismində gələn şəxs sarayda dincliyi və asayişi qorumağa, parlamentin fəaliyyətinə və parlamentdə baş verən hadisələrin gedişinə mane ola biləcək bu cür hərəkətlərdən çəkinməyə borcludur.
- Ziyarətçilərə Parlament Sarayının ərazisində bannerlər sərgiləmək və məlumat materiallarını yaymaq, habelə binada nümayiş materiallarını (plakatlar, bannerlər, yazılar və s.) yapışdırmaq və ya başqa üsullarla yerləşdirmək qadağandır.
- Ziyarətçinin Parlament üzvləri üçün brifinq üçün ayrılmış yerlərdə, Parlamentin İctimaiyyətlə əlaqələr şöbəsinin razılığı olmadan jurnalistlərlə ünsiyyət qurması qadağandır.
- Parlament Sarayını ziyarət edən şəxs iş şəraitinə uyğun paltar geyinməyə borcludur. Ziyarətçi səfərin məqsədi başa çatdıqdan sonra, onların iştirak etdiyi parlament tədbiri qeyd olunan vaxtdan artıq davam etmədiyi təqdirdə, icazənin qüvvədə olduğu gün saat 24:00-dan gec olmayaraq Parlament Sarayını tərk etməyə borcludur.
Parlament ziyarətçiləri Xüsusi Dövlət Mühafizəsi Xidməti və Parlamentin Mandatoru əməkdaşının göstərişlərinə tabe olmağa borcludurlar.
Qaydalar pozulduqda mandat məmuru şəxsdən pozuntunun dayandırılmasını, tələbə tabe olmadıqda isə həmin şəxsin parlament binasını tərk etməsini tələb etmək hüququna malikdir.
Parlamentin sədri qaydaları pozulıduqda pozuntunun şiddətini və pozuntunun təkrarlanma riskini qiymətləndirmək əsasında qabaqlayıcı tədbirlər görmək və ziyarətçinin Parlament binasına daxil olmasını bir ilə qədər müddətdə məhdudlaşdırmaq hüququna malikdir.