Milli Statistika Xidməti əhalinin və kənd təsərrüfatının siyahıyaalınmasına payızda başlayır. Bu barədə “Sakstat”ın icraçı direktoru Qoqita Todadze bugünkü brifinqdə məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Siyahıyaalma iki mərhələdə aparılacaq. Noyabrın 14-dən noyabrın 23-dək vətəndaşlar məlumatları xüsusi veb platformada özləri doldura, noyabrın 29-dan dekabrın 19-dək isə Saxstat-ın əməkdaşları ev-qapı rejimində əhali ilə müsahibə aparacaqlar.
Noyabr-dekabr aylarında hava şəraitinin mümkün pisləşməsi ilə əlaqədar Mestia, Lentexi, Kazbeqi, Duşeti, (Qudamaxair, Kuşeti, Xevsureti, Uksapşavi, Şatili, Mağaroskari inzibati vahidlərində) Axmeti (Omalo inzibati vahidində) və Pasanauri inzibati ərazi vahidliyinə daxil olan kəndlərdə siyahıyaalma sentyabr ayında keçiriləcək.
“Sosial və demoqrafik məlumatlarla yanaşı, xüsusi sorğu anketi vasitəsilə daxili təsərrüfatların kənd təsərrüfatı fəaliyyəti haqqında məlumatlar toplanacaq. O cümlədən, bələdiyyələr, ərazi vahidləri və kəndlər səviyyəsində daxili təsərrüfatlarının istifadə etdiyi torpaq sahələrinin strukturu, mal-qara və ev quşlarının sayı və digər mühüm məlumatlar toplanacaq”, - Qoqita Todradze bildirib.
Əhalinin və kənd təsərrüfatı siyahıyaalınmasının büdcəsi 29,2 milyon laridir. Siyahıyaalmanın ilkin nəticələri 2025-ci ilin iyununda, yekun nəticələri isə 2026-cı ilin iyununda dərc olunacaq.
Ölkədə hər 10 ildən bir ümumi siyahıyaalma aparılır. Bura işğal olunmuş ərazilər, Abxaziya və Sxinvali regionu daxil ola bilmir.