Polşa hakimiyyəti Rusiyanın müttəfiqi Belarusu hava məkanını pozmaqda ittiham edir, Lukaşenko hökuməti isə bunu təkzib edir. NATO üzvü Polşanın Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 1-də Belarusa məxsus iki helikopter onların hava sərhədini keçib. Hadisə ilə əlaqədar ölkənin şərq sərhədində hərbçilərin və döyüş helikopterlərinin səfərbər edilməsi prosesi sürətləndirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rəsmi Varşava Belarusun Polşadakı səfiri vəzifəsi icraçısını izahat üçün çağırıb. Belarus Müdafiə Nazirliyi Polşanın ittihamlarını “uydurma” adlandırıb və bildirib ki, Mi-24 və Mi-28 helikopterlərinin sərhədi pozması təsdiqini tapmır. Belarus Müdafiə Nazirliyinin məlumatına görə, Polşa hakimiyyəti Belarus sərhədi yaxınlığında qüvvə və vasitələrin artırılmasına haqq qazandırmağa çalışır.
İyulun 23-də Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib ki, hazırda Belarusda olan “Vaqner” hərbi qruplaşmasının üzvlərinin bir canı var ki, Polşanın paytaxtını və ya Rzeşova şəhərini nə vaxt görəcəklər.
“Vaqnerlər” artıq bizə böyük təzyiq göstərirlər, məndən qərbə doğru istiqamət almalarına icazə verməmi xahiş edirlər. Mən isə deyirəm ki, Qərbə getmək nəyə lazımdır? Deyirlər ki, Varşavaya və ya Rzeşova ekskursiyaya getməlk lazımdır”, - Lukaşenko bildirib. Məhz Rzeşov şəhərində Polşanın ən böyük aerodromlarından biri yerləşir və Qərb dövlətləri buradan Ukraynaya hərbi yardım göndərir.
Avqustun 1-də vətəndaşlarla görüş zamanı Lukaşenko bildirib ki, onun “Vaqnerlər”in Polşaya qastrol səfərinə çıxmaq istəyi ilə bağlı bəyanatı zarafat olub
Rusiya və Belarus prezidentləri ötən həftə çıxışlarında bir neçə dəfə Polşanın adını çəkiblər. Vladimir Putin Polşanı Belarusa qarşı ərazi ambisiyalarında ittiham edib və bildirib ki, o, qonşusuna hər hansı hücumu özünə qarşı hücum kimi qiymətləndirir. Lukaşenko isə istehza ilə Polşa hakimiyyətinə bildirib ki, onlar Belarus ərazisində “Vaqnerilər”ə nəzarət etdiklərinə görə təşəkkürə layiqdirlər.