Prezident “Mtavari Arxinin”ın baş direktoru Nika Qvaramiyanı əfv edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvili “Mtavari Arxi”nin baş direktoru Nika Qvaramiyanı əfv edib.

“Bu gün Nikoloz Qvaramiyanın əfv fərmanını imzaladım. İyunun 19-da, Ali Məhkəmə kassasiya şikayətini baxılmaq üçün qəbul etmədikdə bütün hüquqi addımlar tükəndikdən sonra mən bu qərarı verdim. Bu qərara görə sizə heç bir izahat vermək fikrində deyiləm, çünki bu gün istifadə etdiyim öz ixtiyarımdır.

Sadəcə olaraq, Avropa Parlamentində, Brüsseldə dediyimi xatırlatmaq istəyirəm: belə bir qərar, prezidentin ixtiyar hüququdur və kiminsə təzyiqinə, məsləhətinə, tövsiyəsinə və ya hər hansı digər növ təhdidlərə tabe deyil ki, “əgər bunu etməsən belə olacaq, onu etməsən elə olacaq”. Bu, prezidentin qərarıdır”, - Salome Zurabişvili bildirib.

İyunun 19-da məlum olub ki, Ali Məhkəmə Nika Qvaramiyanın və prokurorluğun kassasiya şikayətlərini qəbul etməyib və onun barəsində olan hökm qüvvədə qalıb.

Tbilisi Şəhər Məhkəməsinin hakimi Laşa Çxikvadze 2022-ci il, mayın 16-da Nika Qvaramiyanı “Rustavi 2” telekanalına rəhbərlik edərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Həmin ilin noyabrın 2-də, Tbilisi Apellyasiya Məhkəməsinin Merab Jorbenadze, Lavrenti Mağlakelidze Davit Mamiseişvilidən ibarət hakimlər kollegiyası Qvaramiyaya verilən 3,6 il həbs cəzasını qüvvədə saxlayıb. Lakin apellyasiya məhkəməsi birinci instansiyanın hökmünü qismən dəyişdirib. O cümlədən, Nika Qvaramiya haqqında “Rustavi 2” şirkətinə məxsus avtomobildən şəxsi məqsədlər üçün istifadə etdiyinə görə (vəzifə səlahiyyətlərindən sui-istifadə) həbs qətimkan tədbiri seçilib, çünki Tbilisi şəhər məhkəməsinin 16 may 2022-ci il tarixli hökmü ilə ona ittihamın ikinci epizodu üzrə “Rustavi 2”yə  6 763 509 lari ziyan vurmaq hissəsində ona 50 min lari məbləğində cərimə kəsilmişdi. Apellyasiya Məhkəməsi onun haqqında bu epizoda görə də həbs qətimkan tədbiri seçib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur