Prezidentin sözlərinə görə, “Fesvebi” ansamblının Orbelianilər sarayında çıxış etməsi qadağan edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Prezident Salome Zurabişvilinin sözlərinə görə, Dağlıq Acaranın folklor gecəsində iştirak etmək üçün Acaradan Tbilisiyə gedən “Fesvebi” ansamblı “yoldan geri qaytarılıb”. Dövlət başçısının təşəbbüsü ilə Orbeliani sarayında folklor gecəsi keçirilib.

“Çox üzücüdür ki, Acaradan gəlməli olan “Fesvebi” ansamblını geri qaytarıblar, çünki, sən demə prezident sarayında çıxış etmək qadağan imiş. Belə bir istinadın haradan gəldiyini və nə demək olduğunu özünüz düşünün. Bu mədəni bolşevizm deyilsə, onun nə olduğunu bilmirəm. Təəssüf ki, mən onlardan öz adımdan üzr istəyirəm, onları bu şəkildə yoldan geri qaytarıblar və cəmiyyətdən üzr istəyirəm ki, bu gün bu ölkədə belə şeylər ola bilir”, - Salome Zurabişvili bildirib.

Prezident Administrasiyasından verilən məlumata görə, folklor gecəsi çərçivəsində Orbeliani sarayında Acara qadınlarının yaratdığı xüsusi xəzinə - əllə toxunmuş, bəzəkli “Acara parçaları” sərgilənib. Tədbirdə Acaradan olan qonaqlarla yanaşı, folklorşünas Eter Tataraidze də iştirak edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur