Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (Post)-Kobi hissəsində uçqun təhlükəsi yüksəkdir, bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Güclü qar və aşağı temperaturla əlaqədar Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunun Qomi - Saçxere hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Güclü qarla əlaqədar Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Güclü qar və aşağı temperatur səbəbindən Vaziani-Qombori-Telavi avtomobil yolunun Qomboridən Şuamti monastırı döngəsinə qədər olan hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilib. Yolsuzluq maşınlarının hərəkəti sərbəstdir.
Güclü qar və aşağı temperatur səbəbindən Tianeti-Axmeta-Kvareli-Niniqori avtomobil yolunun 1-30 kilometrlik hissəsində qoşqulu, yarımqoşqulu avtonəqliyyatların və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır. Digər nəqliyyat vasitələrinin hərəkətinə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir. Yolsuzluq maşınlarının hərəkəti sərbəstdir.
Güclü qar səbəbindən Kutaisi(Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun Nakerala aşırımında qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Qar və uçqun təhlükəsi ilə əlaqədar Jinvali-Barisaxo-Şatili avtomobil yolunun Korşa-Biso hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Kutaisi (Tskaltubo döngəsi)-Tsxaltubo-Tsageri-Lentex-Lasdil avtomobil yolunun Mele-Lasdil hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Həmin avtomobil yolunun Gvelieri-Mele hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Zuqdidi-Jvari-Mestia-Lasdil avtomobil yolunun hissəsində qoşqulu, yarımqoşqulu avtomobillərin və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır. Xaişi-Uşquli hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir. Yolsuzluq maşınlarının hərəkəti sərbəstdir.
Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 6 fevral tarixindən Gürcüstanın şərqində, 7 fevral tarixindən isə Qərbi Gürcüstanda fevralın 8-i səhərədək yağıntı gözlənilir, dağlarda və yüksək dağlıq ərazilərdə güclü qar, duman və çovğun, dənizdə 3-4 ballıq tufan, magistral yollarda buzlaşma, dağlıq rayonlarda uçqun təhlükəsi olacaq.