Gürcüstanda fəaliyyət göstərən 80-ə yaxın qeyri-hökumət təşkilatı hesab edir ki, bu gün, iyunun 17-də qısa müddət ərzində həyata keçirilən üç hücum əvvəlcədən planlaşdırılıb və təşkil edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qeyri-hökumət təşkilatları birgə bəyanatla “Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zura Caparidzeyə və Borjomidə gənclər düşərgəsi iştirakçılarına hücuma, eləcə də Tbilisi Dövlət Universitetində tələbələrin döyülməsinə rəy bildirib.
“Borjomidə uşaq düşərgəsinin iştirakçıları və sadə istirahətçilərə bir neçə onlarla zorakı hücum edib. Zoraki şəxslər “Qirçi – Daha Çox Azadlıq” və “Fərdi Azadlıq İnstitutu”nun təşkil etdiyi düşərgəyə daş, qırmızı boyalar atıb, söyüb və fəaliyyətlərinə mane olublar. Zprakılardan biri mehmanxanada olan gənclərə və azyaşlılara öz cinsi orqanını da göstərib. Hadisə şahidlərinin sözlərinə görə, Daxili İşlər Nazirliyi, ən azı 40 dəqiqə zorakılığa reaksiya verməyib. Onlar, Borjomidə həmin düşərgəyə mühazirə oxumağa gedən “Qirçi – Daha Çox Azadlıq”ın sədri Zurab Qirçi Caparidzeyə də hücum ediblər.
Həmçinin, bu gün Tbilisi Dövlət Universitetində hakim partiyanın sədri İrakli Kobaxidzenin mühazirə otağı qarşısında partiyanın rusiyayönümlü siyasətinə etiraz edən, dinc şəkildə, plakatlarla dayanan tələbələr fiziki təzyiqə məruz qalıblar.
Qısa müddət ərzində həyata keçirilən üç hücum, açıq şəkildə əvvəlcədən planlaşdırılmış və təşkil edilmişdir. Bu cinayət əməlləri gürcü dəyərlərinə - tolerantlığa və sülhə ziddir. Gənclərə və uşaqlara hücum etmək nəinki qanun pozuntusudur, həm də Gürcüstan cəmiyyətinin dəyərləri ilə ziddiyət təşkil edir.
Müxalif siyasətçilərin və əhalinin təqib edilməsi Rusiya, Putin rejiminin dəsti xətidir. Rəqibləri təqib edən, söz və ifadə azadlığını zorakılıqla boğan, məhz işğalçı dövlətdir.
“Yetkinlik yaşına çatmayanlara hücum, yalnız zəif və qorxmuş insanların əl atdığı, gürcü cəmiyyətində formalaşmış ənənələrə tamamilə zidd olan biabırçı hərəkətdir”, - deyə qeyri-hökumət təşkilatları bildiriblər.
Onlar hüquq-mühafizə orqanlarını nifrət zəminində törədilən cinayətlərin dərhal qarşısını almağa və günahkarları qanun çərçivəsində, tam şəkildə cəzalandırmağa çağırırlar.
Hazırda, bəyanata 79 qeyri-hökumət təşkilatı imza atıb:
- Abxaz Xəbərləri
- Gənclər Sameqrelonun İnkişafı Üçün
- Gənclər Platforması We talk
- Demokratiyanın Keşikçiləri
- Demokratiya və İdarəetmə Mərkəzi
- Demos
- Azad Vətəndaşlar Birliyi
- Tbilisi Prayd
- İnformasiya Azadlığının İnkişafı İnstitutu
- Komli
- Laqodexi Gənclərinin Fəallıq Mərkəzi
- Martğopi Gənclər Mərkəzi
- İdarəetmə Monitorinq Mərkəzi
- Valideynlər Təhsil Üçün
- Profesio
- İslahatlar və Araşdırma Qrupu
- Sovet Keçmişinin Tədqiqat Laboratoriyası
- Beynəlxalq Şəffaflıq - Gürcüstan
- “Gələcəyin Çiaturası” İctimai Hərəkatı
- Salam
- Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti
- Vətəndaş Fəallığı və Bərabərlik Mərkəzi
- Vətəndaş İnteqrasiyası Fondu
- Azadlıq Uğrunda Vətəndaş Hərəkatı
- Vətəndaş Həmrəyliyi Fondu
- Vətəndaş İştirakı və Fəallıq Şəbəkəsi
- Məhkəmə Gözətçisi
- Sapari
- Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası
- Gürcüstanın Demokratik Təşəbbüsü
- Gürcüstan İslahatları Assosiasiyası
- Gürcüstan Açıq Cəmiyyət Fondu
- Sosial Ədalət Mərkəzi
- Femea
- Femina
- Qadınlar Ümumi Gələcək Üçün, Gürcüstan
- Mənim İmeretim
- İşgəncə Qurbanlarının Psixososial və Tibbi Reabilitasiyası Mərkəzi
- Nöqtə
- Vətəndaş Fəallığı və Bərabərlik Mərkəzi
- Çoxpartiyalı Demokratiya Mərkəzi
- Hüquqlar Gürcüstan
- Yaşıllar
- Gürcüstan Qızalr Skaut Assosiasiyası “Dia”
- “Günəşli Ev” Qeyri-formal Təhsil Gənclər Mərkəzi
- Vətəndaş İştirakı və Fəallıq Mərkəzi
- Vətəndaş Hərəkatı Dalğa
- “Mediaxma” Media və Kommunikasiya Tədris və Araşdırma Mərkəzi
- İnsan Hüquqlarının İnkişafı Fondu
- Demokratik İştirak Mərkəzləri Şəbəkəsi
- Tolerantlıq və Rəngarənglik İnstitutu
- İnadkar
- Açıq Mühit Qafqaz (COS)
- Eko Mərkəz
- Aktiv Vətəndaş Təşəbbüsü
- Təlaş
- Demokratiya İndeksi Gürcüstan
- İştirak və İnkişaf Mərkəzi
- İnsan Haqları Mərkəzi
- Demokratiyanın Öyrənilməsi İnstitutu
- Kvemo Kartli Mediası
- Kvareli Avroklub
- Siqa
- İnsan Haqları Müdafiəsi və Demokratiya Fondu
- İnsan Hüquqları Naminə Tərəfdaşlıq
- Tərəqqi Üçün Prevensiya
- Real İnsanlar, Real Baxış
- Raca İcma Mərkəzi
- Kaxeti Media Mərkəzi
- Cığır İcması
- Regional Gənclər Təşəbbüsləri Assosiasiyası Aira
- Rustavi Beynəlxalq Skaut Mərkəzi
- Məcburi Köçkünlər Məcburi Köçkünlər Üçün Assosiasiyası
- Vətəndaş Həmrəyliyi Qrupu
- Qvirila Qadınlar Assosiasiyası
- Orbeliani Gürcüstanı
- Valideynlər Təhsil Üçün
- Siqa
- Təhsil və İdarəetmə Komandası