“Eyni yanacaq növü, məsələn, “regular” benzin, iri şirkətlərlə müqayisədə kiçik şəbəkələrdə təxminən 30-dan 70 tetriyə qədər ucuzdur. Kiçik yanacaqdoldurma məntəqələrində istifadəçi praktiki olaraq eyni keyfiyyətli yanacaq alacaq” – bunu Gürcüstan Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvianidze deyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Yanacaq eyni tipli, eyni ölkədən gətiriləndə belə fərq istifadəçini təəccübləndirə bilər. Kiçik şəbəkələrin bir problemi var və biz müştəriyə onlara inamı artırmağa çağırırıq. Belə bir fikir var ki, onlarda yanacaq ucuz olduğundan benzini tökmək dəqiqliyi və keyfiyyətində problem var. Bəlkə haradasa problem var, amma bir çox şirkətlərdə belə deyil”, - İrakli Lekvinadzenin sözlərinə görə, yanacağın ucuzlaşması avqustda başlayıb və bu tendensiya sentyabrda da davam edir.
“Avqust ayı qiymətlərin enmə meyli ilə seçilir. Avqust ayında bütün yanacaq növləri üzrə təxminən 30-40 tetri azalma olub. Bu, premium, regular, dizel yanacağlarına aiddir. Sentyabr ayında, bugünkü məlumatlara görə, bir neçə şirkət qiymətləri təxminən 5 tetri intervalında aşağı salıb, baxmayaraq ki, sentyabr ayında bizim gözləntimiz qiymətlərin enmə istiqamətində tənzimlənməsidir”.
Baş nazir İrakli Qaribaşvili may ayında Rəqabət Agentliyinə yanacağın qiymətlərini öyrənməyi tapşırdığını açıqlamışdı. Bir ay əvvəl Qaribaşvili açıq şəkildə yanacaq idxalçılarına müraciət edərək, əhalinin və ölkənin vəziyyətini nəzərə almağı və yanacağın qiymətlərini tez bir zamanda tənzimləməsini xahiş etdi; “Dünya bazarında neftin qiyməti nisbətən azalaraq 95 dollara çatıb, lari isə dollara nisbətən möhkəmlənib. Ona görə də gözləyirəm ki, Gürcüstanda yanacağın qiyməti tezliklə azalacaq və bu proses nə qədər tez başlasa, bir o qədər yaxşı olacaq”.
2022-ci ilin avqust ayında Rəqabət Agentliyi avtomobil yanacağı (benzin, dizel) bazarı üzrə 7 aylıq monitorinq hesabatını dərc edib. Hesabata əsasən:
- Ölkəyə idxal olunan yanacağın 40%-i Avropa, 60%-i isə Rusiya Federasiyası, Azərbaycan və Türkmənistandan idxal olunur;
- Aprel-iyul aylarında Rusiya Federasiyasından idxal olunan yanacağın ümumi idxalda həcmi artır - ümumi idxalın 64-65%-i;
- 2022-ci ilin yanvar-iyul aylarında pərakəndə satış qiymətləri Gürcüstanı yanacaqla təmin edən əsas ölkələrdə - Bolqarıstan, Rumıniyada artım tendensiyası nümayiş etdirib, iyulda isə 7-8 sent azalıb, Gürcüstanda isə 11 sent qiymət artımı qeydə alınıb;
- Rusiya Federasiyasından idxal olunan yanacağın maya dəyəri Avropa ölkələrindən (mart-iyul) idxal olunan yanacağın qiymətindən orta hesabla 30-70 tetri aşağıdır, baxmayaraq ki, pərakəndə bazarda iri şirkətlər üçün Avropa yanacağı eyni qiymətə satılır;
- Rumıniyadan gətirilən yanacaq bir çox hallarda gömrük anbarına yerləşdirilir və buna görə də müvəqqəti saxlama rejimində saxlanılır. Gömrük anbarından konkret iqtisadi agent, əsasən, öz pərakəndə satış şəbəkəsinə yüksək maya dəyəri olan yanacaq satır. Ucuz yanacağın isə topdan satışı sərbəst dövriyyə rejimində ölkəyə yanacaq daşıyan başqa şirkətlə həyata keçirilir. 2022-ci ilin mart-iyul aylarında oxşar fərq 1 litr yanacaq səviyyəsində orta hesabla 30-70 tetri olub.
Monitorinqin nəticələrinə əsasən Milli Rəqabət Agentliyi avtomobil yanacağı bazarında araşdırmalara başlayıb.
Bugünkü məlumatlara görə, iri şirkətlərdə “regular” benzinin satış qiyməti 3.29-3.45 lari, “premium” 3.69-3.79 lari arasında dəyişir. Kiçik şəbəkələrdə “reguların”in qiyməti 3.09 lari, “premium” 3.59 laridir.