Abxaziya De-fakto Respublikasının Konstitusiya Məhkəməsi Bichvinti dövlət bağ evinin Rusiyaya verilməsi ilə bağlı müraciətə baxmayıb və parlamentə geri qaytarıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avqustun 3-də “Konstitusiya Məhkəməsinin aparatı” müəyyən edib ki, müraciət öz forması ilə “Abxaziya Respublikasının Konstitusiya yurisdiksiyası haqqında Məcəlləsi”nin tələblərinə cavab vermir.
Qondarma “Konstitusiya Məhkəməsinin aparatı” həmçinin onu bildirir ki, Milli Məclis müraciətdə məsələ ilə bağlı mövqeyini ortaya qoymur və heç bir hüquqi əsasa zəmin yaratmır:
Həmin “Beynəlxalq müqavilənin Konstitusiyaya uyğunluğunun yoxlanılması tələbi, hansı ki, hələ də qüvvəyə minməyib, o halda qəbul ediləndir, nə vaxt ki, ərizəçi bu razılaşmanın Abxaziya Respublikasın Konstitusiyaya uyğunsuzluğuna görə qüvvəyə minib tətbiq olunmasını hesab edərsə həmin halda qəbul oluna bilər.
Ərizəçi Konstitusiyanın müvafiq müddəalarına istinad edərək müqavilənin konstitusiyaya zidd olması ilə bağlı hüquqi mövqeyini bildirməyə borcludur.
Hazırda Abxaziyanın de-fakto parlamentinin üç gün ərzində Konstitusiya Məhkəməsinin qərarını apellyasiya şikayəti vermək və ya çatışmazlıqları aradan qaldırdıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ var.
İşğal olunmuş Abxaziyanın de-fakto hökuməti Bichvinti dövlət bağ evinin, Rusiya Federasiyasına verilməsi məsələsini müzakirə edir, bununla bağlı qondarma parlament razılaşmır və buna görə də qondarma konstitusiya məhkəməsinə 2022-ci il yanvarın 19-da imzalanmış müqavilənin konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair müraciət edib.
Müqavilə bağ evi kompleksinin Rusiyaya təmənnasız şəkilində, quru və dəniz ətrafının isə icarəyə verilməsini nəzərdə tutur. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bichvinti bağ evinə artıq üç dəfə baş çəkib və orada onun iqamətgahını tikintisi planlaşdırılır.
De-fakto hakimiyyətin məlumatına görə, Rusiya 12 ildir ki, Bichvinti bağ evinin təhvil verilməsini tələb edir. Qondarma prezident Aslan Bjaniyanın dediyi kimi, əmlak biznes strukturlarına və təsadüfi adamlara deyil, onun fikrincə, Abxaziya üçün bir çox işlər görmüş başçılara verilməlidir.
İyulun 29-da Gürcüstanın baş naziri İrakli Ğaribaşvili işğal olunmuş Bichvinti ərazisinin Rusiyaya verilməsi məsələsinə münasibət bildirib.
“Mən əsas şeyi demək və hamınıza xatırlatmaq istəyirəm: təkcə Bichvinta deyil, bütün Abxaziya, bizim tarixi ərazilərimz və Samachablo,Tsxinvali bölgəsi isə müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunub.
Mən bizim siyasətçilərimizi çox səs-küy salmamağa çağırardım. Xatırlatmaq istərdim ki, onların ehtiyatsız siyasəti nəticəsidir ki, münaqişə ilə heç bir əlaqəsi olmadığı halda Kodori vadisini və 100-dən çox kəndi itirdik.”
Biz öz düzgün siyasətimizlə ölkədə sülhün, əmin-amanlığın, sabitlliyin qorunmasını təmin ediirk həmçinn eyni dərəcədə düzgün siyasətimizlə ölkəmizin ərazilərini birləşdirəcəyik”, - deyə Ğaribaşvili bildirib.
Bichvinti Dövlət bağ evinin sahəsi 180 hektardan çoxdur. Obyekt Rusiya Federasiyasının pulsuz istifadəsinə 1995-ci ildə verilib.