Xilasedicilər Quriyada təbii fəlakət zonasında iki nəfərin cəsədini tapıblar. Evi torpaq sürüşməsi nəticəsində tamamilə dağılan Ozurgeti bələdiyyəsinin Silauri kəndində yaşlı qadın həlak olub. Cumati kəndində azyaşlı meyiti tapılıb. Bir uşağın axtarışı davam edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Sentyabrın 8-də, gecə saatlarında yağan leysan yağışları nəticəsində Quriya bölgəsində çaylar daşaraq, məcrasından çıxıb, yolları və yaşayış evlərini su basıb. Aramsız yağan yağış sürüşmə proseslərini də aktivləşdirib, bir neçə ev torpaq altında qalıb və dağılıb. Quriyanın bir çox kəndlərinin xarici dünya ilə əlaqəsi kəsilib.
Sürüşmədən bir neçə dəqiqə ilə sağ qalan yerli sakinlər “Gürcüstan Xəbərləri”nə yaxınlaşan təhlükə barədə heç nə bilmədiklərini bildiriblər.
Lançxuti merinin Supsa kəndi üzrə nümayəndəsi Davit Qumbaridzenin sözlərinə görə, qonşu kənddə xilasetmə əməliyyatı üçün helikopterdən istifadə etmək lazım gəlib:
“Bizim kəndlərdə vəziyyət çox çətindir. Vətəndaşları su basmış evlərdən çıxarırıq. Yerlilər bizə qayıqla kömək edirlər. Yenə yağış yağır, suyun səviyyəsi qalxır. Qonşu kənddə avtomobilini su aparan bir nəfər çayın kənarında, yüksəklikdədrr və onu endirmək mümkün deyil. Tbilisidən helikopter gözləyirik”.
Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolunun 40-cı və 56-cı kilometrliyində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağandır. Avtomobil nəqliyyatı Senaki-Poti -Sarp avtomobil yolu ilə hərəkət edir.
Daxili İşlər Nazirliyi rayon sakinlərini hərəkətdən çəkinməyə və polisin göstərişlərinə yerindəcə tabe olmağa çağırır.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 9-dan sentyabrın 10-u səhərədək Qərbi Gürcüstanın əksər və Şərqi Gürcüstanın bəzi rayonlarında güclü leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Güclü qərb küləyi əsəcək. Dənizdə 3-4 bal gücündə fırtına dalğası gözlnilir.
Sentyabrın 9-dan havanın temperaturunun xeyli aşağı düşəcəyi, yüksək dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir.
Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarındasuyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.