Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze qeyd edir ki, parlament xarici təsir agentləri haqqında qanun layihəsini təsdiq edən kimi reyestr yaradılacaq. Cəmiyyət öyrənəcək ki, məsələn, Rioni vadisində “Namaxvan SES”in tikintisinin qarşısını almaqda kimin maraqları iştirak edirdi və aksiyalar niyə maliyyələşdirilirdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Xatırladım ki, “Namaxvan SES”in tikintisi mövzusu var idi və konkret xarici mənbələrdən - burada rus kommersiya mənbələri ola bilərdi, başqa mənbələr ola bilərdi, ancaq orada konkret təşkilatlar var idi ki, SES-in tikintisinə maneçilik törədirdilər, bu da ki, Gürcüstanın enerji təhlükəsizliyinin uyğunsuz təminatı məqsədinə xidmət edirdi. Bu əsas məqsəd idi.
Hadisələri qabaqlamayacağam. İctimaiyyətin diqqətini buna yönəltmək istəyirəm ki, bir neçə aydan sonra reyestr yaradılanda bütün təşkilatlarla əlaqəli, kimlər ki, haradan, hansı məqsədlə maliyyələşirdilər, ictimaiyyətdə məlumat olacaq. Buna əsaslanaraq, bu su elektrik stansiyasının tikintisini əngəlləmək kimin maraqları hesabına həyata keçirilməsi və aksiyaların niyə maliyyələşdirildiyi barədə ictimaiyyət öz fikrini formalaşdıra biləcək.
Cəmiyyət bu haqda düşünəcək, bir neçə aydan sonra bunun imkanı olacaq. DTX-nın öz məlumatı var bu barədə, lakin burada müvafiq məlumatı ictimaiyyət üçün şəffaf etmək vacibdir”, - deyib Kobaxidze.
“Rioni Vadisinin Xilası uğrunda” hərəkatının rəhbəri Varlam Qoletianinin sözlərinə görə, hökumət “Namaxvan SES” ilə bağlı acı təcrübəyə malikdir, çünki əhali və qeyri-hökumət təşkilatları koordinasiyalı şəkildə mübarizə aparırdılar.
“Bu öz bəhrəsini verdi. Həmin mərhələdə mübarizə xalqın qələbəsi ilə başa çatdı.
Biz bilirik ki, hökumət “Namaxvan SES”in tikintisini bərpa etmək niyyətindədir və bu mövzuda işləyən təşkilatları gözdən salmaq, bizi xarici agentlikdə ittiham etmək üçün əvvəlcədən sahəni təmizləyirlər”, - Qoletiani "Gürcüstan Xəbərləri"nə bildirib.
“Rioni Vadisinin Xilası uğrunda” hərəkatı “Namoxvani SES” kaskadına qarşı etirazlara 2020-ci ilin oktyabrında başlayıb. Son illərdə ilk dəfə idi ki, on minlərlə insan öz-özünə təşkilatlanmış bir qrupun başlatdığı hərəkata qoşuldu və etirazlar 20 ay fasiləsiz davam etdi.
“Namoxvani SES” layihəsinə iki SES daxildir - quraşdırılmış gücü 100 MVt olan "Yuxarı Namaxvani SES" və quraşdırılmış gücü 324 MVt olan "Aşağı Namaxvani SES". Layihəyə əsasən, Tviş kəndi yaxınlığında “Yuxarı Namaxvani SES” bəndinin tikintisi nəzərdə tutulub. Bəndin hündürlüyü 56 metrdir. SES üçün 1000 hektara yaxın ərazi su altında qalacaq. “Kvemo Namaxvani SES”in əsas strukturu üçün Namoxvani kəndinin üstündə, Rioni çayının dar vadisində hündürlüyü 105 metr olan bəndin tikintisi nəzərdə tutulub. Burada 500 hektardan çox ərazi su altında qalıb. “Aşağı Namaxvani SES” üçün 4400 metrlik (diametri 9 metr) tunelin tikintisi planlaşdırılır ki, burada Rioni çayının istiqaməti dəyişdiriləcək.
Gürcüstan hökuməti sərmayədar türk şirkətinə Rioni vadisində su elektrik stansiyalarının tikintisi üçün 600 hektardan çox ərazi verib, 300 hektarı mülkiyyətdədir, qalanı isə 16 lariyə 99 il müddətinə icarəyə verilib. “Namoxvani SES” kaskadının tikintisinə icazə verilməzdən əvvəl vadinin böyük bir hissəsi şirkətə verilmişdi. Hələ bu ərazidə nəhəng su elektrik stansiyasının tikintisinin mümkün olub-olmayacağı ilə bağlı araşdırmalar yox idi.
“Rioni Vadisinin Xilası uğrunda” hərəkatı etirazını gözlənilən təhdidlərlə və hökumətlə investor arasında bağlanmış müqavilənin şərtləri ilə izah edirdi. Hökumət uzun müddət Ədliyyə Nazirliyinin “Namaxvan SES” müqaviləsi ilə bağlı mənfi rəyini gizli saxlayırdı.
Su elektrik stansiyaları kaskadının tikintisi üçün verilmiş qərarlar və icazələr məhkəməyə şikayət edilmişdi. Tbilisi Şəhər Məhkəməsi üç il əvvəl qaldırılan iddiaya baxmağa hələ də başlamayıb.
Türkiyənin “Enka Renewables” şirkəti 2021-ci ilin sentyabrında Gürcüstan hökumətinə “Namaxvan SES” layihəsini həyata keçirməkdən imtina etdiyini və 2019-cu ildə bağlanmış müqaviləni ləğv etdiyini bildirmişdi.
2022-ci ilin aprelində Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili demişdi ki, “Namaxvan SES”, “Nenskra SES” və “Xudon SES” dövlətin iştirakı ilə tikilməlidir.
Ötən ilin oktyabrında İqtisadiyyat və Davamlı İnkişaf Naziri Levan Davitaşvili bildirmişdi ki, hökumət “Namaxvani” layihəsini həyata keçirmək üçün “Enka” ilə danışıqlar aparır.
“Rioni Vadisinin Xilası uğrunda” hərəkatı və “Namoxvan SES”in tikintisinə qarşı çıxan Tskaltubo və Tsaqeri kəndlərinin sakinlərinə ekoloji məsələlər üzrə ekspert və hüquqi dəstəyi qeyri-hökumət təşkilatları “Yaşıl Alternativ”, Sosial Ədalət Mərkəzi və Gənc Hüquqşünaslar Assosiasiyası həyata keçirirdi. Hər üç təşkilat illər ərzində müxtəlif layihələr üçün donorlardan alınan maliyyə haqqında məlumatları öz internet saytlarında açıq şəkildə dərc edirdilər.
“Rioni Vadisinin Xilası uğrunda” hərəkatına gəlincə, audit hesabatına görə, 15 oktyabr 2020-ci il tarixindən 31 iyul 2021-ci il tarixinədək təşkilat ianə kimi 283.498 lari alıb. Donorlar daimi rezident və mühacirətdə olan Gürcüstan vətəndaşları idi.
----
Fevralın 20-də Parlamentin Bürosu parlament çoxluğunun üzvləri Sozar Subari, Dimitri Xundadze, Quram Maçaraşvili və bir sıra digər deputatların təqdim etdikləri və beynəlxalq fondların dəstəyi ilə fəaliyyət göstərən müstəqil qeyri-hökumət və media təşkilatlarına “xarici təsir agenti” statusunun verilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə qəbul edib. “Gürcü Arzusu” qanun layihəsini dəstəkləyir. Bu, Rusiya qanunudur, Aİ ölkələrində qadağandır. Bu qanun Gürcüstanda o arqumentlərlə qəbul edilir ki, hansı arqumentlərlə ki, Vladimir Putin 2012-ci ildə rusları aldatmaq üçün istifadə edirdi. Bu qanun Rusiyadakı tənqidi səsi susdurdu.