Rusiya ilə ticari-iqtisadi münasibətlərə heç bir halda yenidən baxılmayacaq - Kobaxidze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstanın Rusiyanın ticarət-iqtisadi blokadasından çıxmasına mühüm töhfə verməsi barədə deyilənlər doğru deyil.

Hakim partiya sədri deyir ki, Rusiyanın Çin və Hindistan da daxil olmaqla bir çox ölkələrlə ticarət-iqtisadi əlaqələri var, Gürcüstanın payı isə 0,3 % təşkil edir.

“Ona görə də kimsə deyəndə ki, Gürcüstan bu blokadadan çıxmaq üçün ciddi töhfə verir, bu, doğru deyil. Biz ticari-iqtisadi əlaqələri saxlayırıq, Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmirik. Amma Rusiyanın Gürcüstanın hesabına ticari-iqtisadi blokadadan çıxmasından danışmaq, təbii ki, yanlışdır.

Biz gələcəkdə də ticari-iqtisadi əlaqələri davam etdirəcəyik. Ölkəmizin, əhalimizin buna ehtiyacı var və təbii ki, siyasətimizə heç bir halda yenidən baxılmayacaq”, - Kobaxidze jurnalistlərə bildirib.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davydov dünən bəyan edib ki, Rusiya Gürcüstanla sərhəddə yerləşən “Zemo Lars” keçid məntəqəsi vasitəsilə Avropanın iqtisadi blokadasını qırır.

“İndi Avropa ölkələrinin bizə tətbiq etdiyi iqtisadi blokada “Zemo Lars” üzərində qırılır”,- deyib Davidov

Rusiya tərəfinin məlumatına görə, cari il iyunun 15-dən yük avtomobilləri üçün əlavə nəzarət zolaqları istifadəyə verildikdən sonra keçid məntəqəsi hər gün orta hesabla 1200 yük maşını keçirirsə, yenidənqurmaya qədər bu rəqəm mindən az idi. Məsələn, iyunun 19-da gecə və gündüz saatlarında gömrükçülər hər iki istiqamətdə 1322 yük avtomobili keçirib ki, bu da rekord göstəricidir və orta gündəlik göstəriciləri 15 faiz üstələyir.

“Bu, təkcə bunun üçün deyil, istənilən keçid məntəqəsi üçün mütləq rekorddur. Bundan əlavə, 2800 yüngül avtomobil keçib, 11 min fiziki şəxs, yəni vətəndaşlar, turistlər. Burada hər şey bitdikdən sonra biz bu rəqəmləri sabit saxlaya biləcəyik”, - Ruslan Davidov qeyd edib.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, bu gün “Zemo Lars”da sürücülər gecikmir və eyni vaxtda 12 yük maşını sərhədi keçə bilir. Hər dəqiqədə bir avtomobil, iki dəqiqədə bir yük maşını sərhədi keçir. Agentlik qeyd edir ki, “Zemo Lars” buraxılış məntəqəsi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin strateji əhəmiyyətli elementidir. Davidov bu il dəhlizlə 15 milyon ton yük daşıya biləcəklərini düşünür.

Ermənistanın baş naziri Nikol Paşinyan Zemo Larisin imkanlarını təkmilləşdirdiyinə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur