Rusiya Təhsil Nazirliyinin tapşırığı ilə Qali sakinlərinə rus dili öyrədiləcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İşğal altında olan Abxaziyada, Qali rayonunda Rusiya Təhsil Nazirliyinin tapşırığı ilə rus dilini öyrənmə mərkəzi açılıb, burada məktəb müəllimlərinə, eləcə də şagird və tələbələrə rus dili və onun səmərəli tədrisi mexanizmləri öyrədiləcək.

“Qali asan rayon deyil. Yerli sakinlər Abxaziya hissəsindən təcrid olunublar və bu, rus dili ilə bağlı problemlərin olması ilə bağlıdır. Məqsədimiz bu problemləri aradan qaldırmaq deyilsə belə, heç olmasa azaltmaqdır”, - deyə mərkəzin rəhbəri İqor Basov bildirib.

Yerli mətbuata müsahibəsində  Basov deyib ki, gələcəkdə tələbələrə, onların Rusiya ali təhsil müəssisələrinə daxil ola bilmələri üçün dəstək göstərilməsi planlaşdırılır:

“Mərkəzin fəaliyyətinin genişləndirilməsi ilə yerli gənclərə qrantlarla dəstək verməyi, layihələr həyata keçirməyi planlaşdırırıq... Bu, onların Abxaziyada, yəni Abxaziyada olmasa, Rusiyada qalmalarının yollarından biridir.

Təəssüf ki, Abxaziyanın ali təhsil sistemi bütün ixtisasları, məsələn, tibb sahəsini əhatə etmir və istənilən halda gənclər Rusiyada, olmasa Gürcüstanda təhsil almaq seçimi qarşısında qalırlar. Düşünürəm ki, Rusiya ali təhsil müəsisələrini seçsələr, daha yaxşı olar”.

Mərkəz sentyabrın 15-dən fəaliyyətə başlayacaq və indiki mərhələdə onun vəzifəsi üç ay ərzində 300-ə yaxın insana rus dilini öyrətmək olacaq. Tədris prosesinə Krasnodar vilayətinin Armavir Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri rəhbərlik edəcəklər. Rusiya Təhsil Nazirliyinin tapşırığı ilə bu universitet məqsədi mərkəzi dəstəkləmək və inkişaf etdirmək olan layihə həyata keçirir.

Gales rus dilinin tədrisi prosesində rusiyalı mütəxəssislərə kömək edəcək.

“Müəllim ünsiyyətdə olduğu insanların dilini bilməlidir, amma təəssüf ki, həmkarlarım meqrel dilini bilmir. Ona görə də vasitəçi, tərcüməçi rolunu oynayacaq adam olmalıdır. Bu gün biz bu məsələ üzərində işləyirik”, - deyə Basov bildirib.

Yerli KİV-in məlumatına görə, mərkəz rus dilində dərslərin hazırlanması zamanı müasir alətlərdən istifadəni, nitq mədəniyyətini, dilin ənənələrini və xüsusiyyətlərini, rus xalqının sosial münasibətlərini, səlis oxumağı, beynəlxalq münasibətlərdə, eləcə də turizm sahəsində rus dilini ehtiva edən proqramlar həyata keçirəcək.

İşğal olunmuş Abxaziyada rus dili abxaz dili ilə birlikdə dövlət dili kimi tanınır.

De-fakto hakimiyyət Qali rayonunun məktəblərində gürcü dilinin tədrisini tamamilə qadağan etmək qərarına 2021-ci ildə gəlib ki, Tbilisi bunu Rusiya işğalı rejimi tərəfindən uzun illər həyata keçirilən etnik ayrı-seçkilik və ruslaşdırma siyasətinin davamı kimi qiymətləndirib. Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri İdarəsinin məlumatına görə, gürcü dilində təhsilin qadağan edilməsində məqsəd işğal olunmuş ərazilərdə gürcü izlərinin məhv edilməsi və əhalinin tam assimilyasiyasıdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur