Rusiyada jurnalist Aleksandr Nevzorov və onun həyat yoldaşı Lidya Nevzorova “ekstremist birlik” elan edilib. Bu qərarı dünən Sankt-Peterburq məhkəməsi qəbul edib. Rusiya mətbuatı xəbər verir ki, məhkəmə ər-arvadın Rusiyada fəaliyyətini qadağan edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bundan əlavə, məhkəmə Nevzorovların əmlakını - üç torpaq sahəsi, yaşayış mənzili, avtomobil və MMC-dəki paylarını dövlətə təhvil verib.
“Azadlıq bahadır, lakin heç bir qiymət çox yüksək ola bilməz. “Məhkəmə” bu gün başa çatdı. Hələ məni (maddi cəhətdən) Rusiya ilə bağlayan hər şey “dövlətin xeyrinə müsadirə olundu”. İki ay ərzində məni şantaj edirdilər və müharibə, Ukrayna və Kreml vampiri ilə bağlı “mövqeyimi düzəltməyim” müqabilində “yaxşı məhkəmə qərarı” təklif edirdilər. Ola bilsin ki, eyni taktika bütün anti-müharibə emiqrasiyasına qarşı da istifadə olunacaq”, - Nevzorov məhkəmənin qərarını şərh edərkən bildirib.
Jurnalistin sözlərinə görə, məhkəmə prosesinin formal səbəbi Sankt-Peterburq Dövlət Universitetinin prorektoru Anastasiya Yarmoşun dinlənməsi olub. “İttihamın əsas formal məqamı Ukrayna Silahlı Qüvvələrində yaralılar üçün cəbhəyə göndərdiyim iki təcili yardım maşınıdır”, - Nevzorov qeyd edib.
Aleksandr və Lidiya Nevzorov 2022-ci il fevralın 24-də, Rusiyanın Ukraynaya hücumundan az sonra Rusiyanı tərk ediblər. O vaxtdan bəri Aleksandr Nevzorov Rusiya hakimiyyəti tərəfindən “xarici agent” elan edilib. İstintaq Komitəsi Mariupol doğum evinin ruslar tərəfindən bombalanması və Buçada dinc sakinlərin öldürülməsi ilə bağlı yazıya görə ona ordu haqqında “saxta” məlumat yaymaq maddəsi ilə cinayət işi açıb. 2023-cü ilin fevralında Moskva məhkəməsi Nevzorovu qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.
2012-ci il prezident seçkiləri zamanı Nevzorov Vladimir Putini dəstəkləyirdi.