Sameqreloda yeniyetməyə təcavüz etməkdə ittiham olunan ata və qonşu saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Sameqrelonun kəndlərindən birində ata və qonşu azyaşlı qıza təcavüz etməkdə ittiham edilərək saxlanılıb. Müttəhimləri 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq zamanı müəyyən olunub ki, ata - 47 yaşlı kişi azyaşlı qızı ilə onun iradəsi əleyhinə davranaraq cinsi əlaqədə olub və fakt aşkar olunarsa, onun həyatına son qoyacağı ilə hədələyib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, azyaşlı atasının hədələrini real qəbul edib və bu səbəbdən baş verənləri illərdir gizlədib.

İstintaq həmçinin müəyyən edib ki, qonşu 28 yaşlı kişi də qızla mütəmadi şəkildə cinsi əlaqədə olurmuş.

Faktla bağlı cinayət işi üzrə qabaqcadan məlumatlı olan yetkinlik yaşına çatmayan şəxsin zorlanması və qabaqcadan məlumatlı olan azyaşlı ailə üzvünün zorlanması faktları üzrə araşdırma aparılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur