“Əlbəttə, siz fəlakətdən qaça bilməzsiniz, amma buna hazır ola bilərsiniz. Yer Elmləri İnstitutunun ilkin araşdırması göstərir ki, əhalini xəbərdar etmək və təxliyə etmək üçün yarım saata qədər kifayət edə biləcək vaxt olub. Belə bir nəticənin olmayacağını iddia etmək üçün möhkəm əsasımız var, mən qurbanları nəzərdə tuturam”, - “Yaşıl Alternativ” ətraf mühit təşkilatının icraçı direktoru Nino Qujaraidze “Dağ Xəbərləri”nə müsahibəsində bildirir. Raçada, Şovi kurortunun ərazisində, avqustun 3-də baş verən palçıq uçqunu kurortu demək olar ki, tamamilə məhv edib, 18 cəsəd tapılıb və eyni sayda şəxs itkin düşmüş hesab olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Şövidə belə ağır nəticələrə yol verilməməsi üçün hökümət nəyi etmədi - müsahibə“Yaşıl Alternativ” 4 aydır ki, Milli Ekologiya Agentliyindən 2022-ci ildə geoloji proseslərin inkişafının nəticələrinin və 2023-cü il üçün proqnozun təsvir olunduğu sənəd tələb edir. Ətraf Mühitin Mühafizəsi Nazirliyinin tərkibində olan qurum qanunla bu sənədi özü dərc etməyə borcludur ki, hamımız təhlükələrin harada olduğunu bilək. Dövlət bunu xüsusilə gizlədir, müvafiq olafaq son təhlükənin qiymətləndirilməsi sənədində Şovi haqqında nə yazıldığını bilmirik, lakin, “Yaşıl Alternativ” əvvəlki illərin geoloji bülletenlərini araşdırıb - Şovi öz təbii geoloji proseslərinə görə xüsusilə gərgin ərazilərə aiddir.
Qlola kəndi də təhlükəli geoloji proseslər zonasındadır, Çançaxa çayının sol qolu Dqviora vadisində inkişaf etmiş palçıq sürüşmələri mərkəzi magistral yolu və Şovi kurortunun infrastruktur obyektləri üçün təhlükə yaradır.
Şovi kurortuna yalnız 2021-ci ildə Dğviora çayının yaratdığı problemlərə görə yüksək riskli geoloji təhlükə kateqoriyası verilməyib. Hətta 2014-cü ilin geoloji bülletenində Şovi kurortunun da yüksək riskli zona kimi müəyyən edildiyi, Dğviora ilə bərabər Çançaxa çayının sağ qollarından birinin də adı çəkilir.
Buba çayı ilə bağlı təbiət hadisələri 2017-ci il iyulun 7-də Oni bələdiyyəsinin meriyasının saytında dərc olunmuş videomaterialla təsdiqlənir.
“Problem, azı 9 ildir ki, mövcud idi. Təəssüf ki, biz hələ əvvəlki illərin bülletenlərini öyrənməmişik. Bütün çay hövzəsində aktiv monitorinq tədbirlərinin planlaşdırılması, erkən xəbərdarlıq sistemlərinin tətbiqi, müvafiq cavab planlarının yaradılması 9 il çəkdi, çünki biz bilirik ki, Şovi kurortu insanların toplaşdığı yerdir və bu nöqtədə eyni anda bir çox insan ola bilər.
Bütün bunları yaratmaq üçün kifayət qədər vaxt var idi və əgər bütün bunlar mövcud olsaydı, qurban nöqteyi-nəzərindən belə bir nəticənin olmayacağını iddia etmək üçün möhkəm əsasımız var.
Baş verən hadisələr göstərdi ki, monitorinq sistemi düzgün işləmir, bizim müvafiq reksiya planımız yoxdur və əhaliyə əvvəlcədən heç nə məlum deyildi. Təkcə əhaliyə deyil, həm də oxşar məsələlərə reaksiya vermək öhdəliyi olan müvafiq dövlət qurumlarına da”, - Nino Qucaraidze qeyd edir.
Onun sözlərinə görə, “Yaşıl Alternativ” Şovi faciəsi ilə bağlı araşdırmaya başlamaq üçün bütün rıçaqlardan istifadə edəcək. “Gürcüstanın Konstitusiyasında deyilir ki, dövlət bizim təhlükəsiz yaşayış mühitimizin təmin olunmasına cavabdehdir. Ona görə də başqa heç kim buna görə məsuliyyət daşımır”, - deyə Qucaraidze deyir.
Avqustun 5-də fəlakət zonasında olan parlamentin sədri Şalva Papuaşvili “Yaşıl Alternativ” və “Dağ Xəbərləri”ni təxribatda ittiham edib.
“Təəssüf ki, bəzi KİV-lər, qeyri-hökumət təşkilatları yayırdılar ki, guya hansısa araşdırma var ki, vadidə hansısa tədbirlərin keçirilməli olduğunu göstərir ki, bu da yalandır. Orada başqa adda çay var, söhbət Dğvioradan gedir, o aşağıdadır, o tərəfdə başqa bir vadi var. Bu cür dezinformasiyalar yaymaqla birbaşa təxribat törədildikdə həmin təşkilatların donorları ilə bağlı ciddi sual işarələri yaranır.
“Yaşıl Alternativ” və “Dağ Xəbərləri”nin donorları böhran anını birbaşa təxribat törədən və çaxnaşma yaratmağa çalışan təşkilatları maliyyələşdirdikdə, bu nə davranışdır və ya ümumiyyətlə nəyi maliyyələşdirirlər? Bu təşkilatların donorları kimlərdir, bilmirəm, amma mən olanları nəyi maliyyələşdirdiklərinə baxmağa çağırıram. Budurmu camaata qarşı dostluq?
Böhran anında onların maliyyələşdirdiyi təşkilatlar bilavasitə bütün prosesi təhrik edir və çaxnaşma yaratmağa çalışırlar. Təəssüf ki, bu problemlərin başqa vaxt da üstəsindən gəlinə və daha az emosional oluna bilər, amma belə bir faciədən danışarkən, bir fəlakətdən qaynaqlanan böhran anları ilə qarşılaşdıqda, belə mətbuat orqanları və qeyri-hökumət təşkilatları tərəfindən kürəyimizdən bıçaqlanandıqda, təbii ki, burada məsuliyyəti onların donorlarınındır. Mən onları bu barədə düşünməyə çağırıram”, - Papuaşvili Gürcüstanın Birinci Kanalına müsahibəsində bildirib.
Nino Qucaraidzedən hökumətin bu cür hücumlarla nəyə nail olmaq istədiyini soruşduq. “Əvvəla, təbii ki, onlar özlərini haqlı hesab edirlər və istənilən halda üzərlərinə düşən məsuliyyətdən yayınmağa çalışırlar. Düşünürük ki, onların hər birinin məsuliyyət məsələsi mütləq gec-tez ortaya çıxacaq. Düşünürük ki, böhtanla bağlı məhkəməyə müraciət edəcəyik və Papuaşvilidən üzr istəməsini tələb edəcəyik”.