Hökumətin cinayətkar hərəkətsizliyi ucbatından [Bu barədə “Dağ Xəbərləri” bir neçə gündən sonra jurnalist araşdırması dərc edəcək] Şovidə həlak olan 33 nəfərdən 6-nın cəsədinin hələ də tapılmadığı bir vaxtda baş nazir İrakli Ğaribaşvili ailə üzvləri ilə birlikdə, hökumət təyyarəsi ilə tətil üçün Amerika Birləşmiş Ştatlarına gedib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Georgian Airways” şirkətinin sahibi Tamaz Qaiaşvili “Pirveli” televiziyasına müsahibəsində təsdiqləyib ki, baş nazir və onu müşayiət edən şəxslərin Tbilisi hava limanından Münhenə və geriyə hökumət təyyarəsi ilə aparılması üçün təyinatı xüsusi dövlət mühafizəsi xidmətindən alıb.
“Onlara müraciət etmək lazım deyil, təyyarə onlarındır, hara istəyirlər gedəcəklər. Baş nazir mənə təyyarəyə sifarişi vermir. Sifarişi hökumət mühafizəsi verir. Mənə həmişə Çubinidzenin (Anzor Çubinidze - Dövlət Mühafizəsi Xüsusi Xidmətinin rəisi) qurumu sifariş verir. Cinayəti harada görürsən?
Baş nazirdir, siz onu hansısa zavod işçisi zən edirsiniz?
Təyyarə təkcə rəsmi səfərlər üçün istifadə edilmir, ondan hökumətin lazımi bildiyi hər yerdə istifadə olunur”, - Qaiaşvili bildirib. Hökumət təyyarəsinin idarə edilməsini onun öz aviaşirkəti həyata keçirir.
“Nodar Meladze Şənbəsi” verlişində efirə gedən reportaja əsasən, hökumət təyyarəsi baş naziri Amerikadan qayıtmazdan əvvəl bir həftə Münhen hava limanında gözləyirmiş. Televiziya şirkəti xəbər verir ki, onlar baş nazirə Almaniyadan Amerikaya uçmaq üçün birinci dərəcəli biletlər alıblar. Hökumət təyyarəsi avqustun 28-də Tbilisi hava limanına qayıdıb.
Tamaz Qaiaşvili jurnalistin dövlət mühafizəsinin xüsusi xidmətinin Tbilisi-Münhen-Tbilisi aviareysi üçün nə qədər pul ödədiyi ilə bağlı sualına cavab verməyib: “Hökumət pul ödəyir, bilmirəm, onlardan soruşun. Təyyarənin saxlanması, qayğısına qalınması üçün müəyyən xərclər gərəkdir. Uçuşun əməliyyat dəyəri xüsusi mühafizə xidməti tərəfindən ödənilir. Saakaşvilini burun əməliyyatı üçün Berlinə apardım. Bu şəxsi məsələ deyildi? Onda niyə gəlib soruşmadın? İndi niyə tək gəlirsiniz? O kişi prezident idi və buna haqqı var idi. İndi Baş nazirin də şəxsi məsələlərlə bağlı uçmaq haqqı var. Onun şəxsi işləri ilə əlaqədar, yoxsa vəzifə səlahiyyətləri gərəyi üçün getdiyini bilmirəm”. [Gürcüstanın hazırkı hökumətinin Saakaşvilini cinayət törətməkdə ittiham etdiyi işlərdən biri dövlət resurslarının mənimsənilməsi ilə bağlıdır.]
Hesabatda bildirilir ki, Tbilisi-Münhen-Tbilisi arasında gediş-gəliş reysi orta hesabla 100 min lariyə başa gəlir.
Reportaj sentyabrın 9-da yayımlanıb. Jurnalist bundan əvvəl hökumət təyyarəsindən şəxsi məqsədlər üçün istifadə etmək əmrini kimin verdiyini və bunun büdcədən maliyyələşib-maliyyələşdirilmədiyini öyrənməyə çalışıb.
Dövlət administrasiyası uzun müddətdir ki, tənqidi medianı yüksək ictimai maraq kəsb edən məsələlərlə bağlı ictimai məlumatlarla təmin etmir və qanunla müəyyən edilmiş öhdəliklərini kobud şəkildə pozur. Buna görə də reportaj müəllifi hökumət administrasiyasının rəhbəri Revaz Cavelidzeyə evində baş çəkib.
“Bura ikinci dəfə gəlməyin. Özünüzü səhv, eybəcər aparırsınız, bu, layiqli jurnalistika deyil”, - Cavelidze jurnalistin suallarını cavablandırmayıb.
Sentyabrın 6-da hökumət administrasiyasının strateji kommunikasiyalar şöbəsinin rəhbəri Nino Qiorqobiani şəxsi Facebook səhifəsində yazıb ki, Ğaribaşvili Pensilvaniya Universitetində yeni tədris ilinə başlayan oğlu ilə birlikdə ABŞ-a gedib.
Onlar yeni qalmaqal axtarırlar, amma digər hallarda olduğu kimi burada da qalmaqallı heç nə yoxdur”. Hər bir insanın belə mühüm bir zamanda övladının yanında olmaq arzusu və hüququ var. Üstəlik, nə qanun pozulub, nə də dövlət xərclərindən istifadə olunub.
Bu ilin avqust ayında baş nazir ABŞ-da şəxsi səfərdə olub və onun səfəri, habelə çarter (kommersiya) reysi və ya hər hansı digər xərcləri dövlət büdcəsindən ödənilməyib.
Baş nazir hər il çəkilmiş bütün xərcləri göstərən əmlak bəyannaməsini doldurur, ona görə də növbəti bəyannamənin dərcini gözləyin”, - Qiorqobiani bildirib.
Dövlət Qulluğu Bürosunun məlumatına görə, İrakli Ğaribaşvili 2022-ci il üçün əmlak bəyannaməsini hələ təqdim etməyib. Ona görə də mövcu baş nazir məlumatları düzgün əks etdirsə belə, 2023-cü ilin bəyannaməsini ən azı 2024-cü ilin oktyabrına qədər görməyəcəyik.
Sentyabrın 7-də hökumətin Strateji Kommunikasiyalar Departamenti daha bir bəyanat yayıb:
“İctimaiyyəti çaşdırmaq üçün baş nazir İrakli Ğaribaşvilinin oğlu ilə birlikdə guya, çarter reysi ilə ABŞ-a getməsi barədə qəsdən yalan məlumatlar yayılır. İctimaiyyəti məlumatlandırmaq üçün izah etmək istərdik ki, baş nazir rəsmi, işgüzar və şəxsi səfərləri zamanı müxtəlif aviaşirkətlərin müntəzəm, kommersiya reysləri ilə ABŞ-a səfər edir. Bir daha izah edirik ki, söhbət Tbilisidən Avropa şəhərlərindən biri istiqamətində həyata keçirilən çarter reysindən gedir, baş nazir isə müntəzəm reyslə ABŞ-a yola düşmüşdür. Şəxsi səfər zamanı baş nazirin gediş-gəlişi, habelə çarter (kommersiya) reysi və ya hər hansı digər xərcləri dövlət büdcəsindən ödənilməyib.
Reportaj yayımlanmazdan əvvəl Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəhbəri Anzor Çubinidze də açıqlama verib:
“Təyyarəmiz Xüsusi Dövlət Mühafizə Xidmətinin ictimai hüququ üzrə hüquqi şəxs olan Dövlət Təhlükəsizliyi Agentliyinin balansındadır. Bu qurum dövlət və büdcə strukturlarından, habelə qeyri-dövlət, kommersiya və fərdi şəxslərdən müxtəlif forma və formalarda gəlir əldə etmək hüququna malikdir.
Bu səfər kommersiya xarakteri daşıyırdı ki, bu da əvvəldən tapşırıqda qeyd olunub və təbii ki, ödənişi büdcədənkənar təşkilat və ya fiziki şəxs həyata keçirəcək.
Gürcüstan qanunvericiliyinə görə,Xüsusi Dövlət Mühafizə Xidməti təkcə baş nazirin deyil, həm də onun bütün mühafizəçilərinin həm Gürcüstan ərazisində, həm də ondan kənarda təhlükəsizliyini təmin etməyə borcludur. Biz səfərin xarakterini bunu etməmək üçün ilkin şərt hesab edə bilmərik. Minimum mühafizə standartları hökumətin xüsusi qərarı ilə müəyyən edilir. Bu sənədə əsasən, biz həmişə bütün qorunan şəxslərin təhlükəsizliyini təmin edirik”, - Çubinidze qeyd edib.
Reportaj müəllifi korrupsiya sövdələşmələrindən əldə olunan gəlir deyilsə, baş nazirin bu qədər pulunun haradan olduğunu soruşur.
Əmlak bəyannaməsinə əsasən, İrakli Ğaribaşvilinin aylıq əmək haqqı 3500 laridir. Bidzina İvanişvili Bank “Kartu”dan götürdüyü kreditləri ödəmək üçün 2021-ci ildə [son doldurulan bəyannaməyə əsasən] baş nazirin ailəsi təqribən 70.000 lari ödəyib. Övladlarını özəl məktəblərdə oxutmaq İrakli Ğaribaşvili və Nunu Tamazaşviliyə 38 min lariyə başa gəlib. Rəsmi məlumata görə, ailə üzvlərindən heç biri sahibkarlıq fəaliyyətində iştirak etmir. Sənəddə Ğaribaşvilinin 50 min lari məbləğində əmanətləri göstərilir. Bəyannamədə qeyd olunan valideynlərin bağışladığı 150.000 larini hesab etməsək, baş nazir ictimaiyyətə göstərilən xərcləri ödəyə bilməyəcək.
2012-ci ilə, “Gürcü Arzusu” hakimiyyətə gələnə qədər İrakli Ğaribaşvilinin atası Tariel Ğaribaşvili Tsilitskaro kəndinin qəyyumu olub və heç bir biznesi olmayıb. Oğlunun daxili işlər naziri, sonra isə baş nazir olduğu dövrdə Tariel Ğaribaşvili böyük mülk sahibi olub.
“Pirveli” teleşirkətinin məlumatına görə, baş nazir və ailə üzvləri ABŞ-dan qayıtdıqdan sonra sentyabrın 6-da təbii fəlakət nəticəsində ölən 2 uşağın cəsədi hələ də axtarılarkən (onlardan biri hələ tapılmayıb), Tbilisi yaxınlığındakı Şindisidə yerləşən ən bahalı restoranlarından biri “Şateau de Vere” kompleksində baş nazirin xanımının ad günü gürcü estrada ulduzlarının müşayiəti ilə möhtəşəm şəkildə qeyd olunub. Nunu Tamazaşvilinin 40 illik yubileyinə həsr olunmuş ziyafətin təşkilində dövlət administrasiyasının, protokol və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları iştirak ediblər - onlar qonaqların qəbulunu, müşayiətini, xatirə şəkli çəkdirməsini, avtomobillərin saxlanmasını və s. təmin ediblər.