Raçada, Şovidə təbii fəlakət zonasında olan 50-yə yaxın şəxslə əlaqə saxlamaq mümkün deyil. Bu barədə regional inkişaf və infrastruktur naziri İrakli Karseladze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vəziyyət çətindir. Fəlakətin miqyası kifayət qədər böyükdür, deyərdim ki, ərazini və axan kütləni nəzərə alsaq, həqiqətən də bənzəri görünməmiş bir hadisədir. Çox böyük bir kütlə axdı və bu kütlə çox böyük bir ərazini əhatə etdi.
Bütün səylər göstərilir, nəticədə artıq 70-ə yaxın insan təxliyə edilib. 152 nəfər xilasedicilər və polis əməkdaşları ilə bir neçə yerdə təhlükəsizdir. Onlar anlıq və gecə boyu lazım olan hər şeylə təmin olunurlar. Sabah iqlim şəraitindən asılı olaraq onların da təxliyyəsi planlaşdırılır. Eyni zamanda, iş davam etsə də, 50-yə yaxın şəxs var ki, onlarla əlaqə yaratmaq mümkün deyil”, - nazir “İmedi” televiziyasının efirində çıxış edərkən deyib.
İrakli Karseladzenin sözlərinə görə, xilasetmə əməliyyatlarında 400 xilasedici iştirak edir. Gecə ərzində 150 xilasedici fəlakət zonasında qalır.
“Tamamilə bütün resurslar və xidmətlər, hər şey səfərbər olunub və bunun nəticəsi sizə dediyim rəqəmlərdir, lakin eyni zamanda, bizim əsas səyimiz əlaqə yaratmaq mümkün olmayan insanlarla əlaqə saxlamaqdır. İki cəsəd tapılıb, onların təxliyyəsi və kimliyinin müəyyən edilməsi sabah həyata keçiriləcək”, - Karseladze bildirib.
Avqustun 3-də saat 15:15 radələrində Şoviddə baş verən sürüşmə vadidə palçıq axınlarına səbəb olub. Aktiv təbii proseslər bir saatdan çox davam edib. Kurort zonasında mehmanxanalar və kotteclər calada tikilib və axın cala sahəsinin bütün ərazisini əhatə edib. Bir neçə kiçik kottec dağılıb, mehmanxanalara də ziyan dəyib. Avtomobilləri axın aparıb. Fəlakət bölgəsində xilasetmə əməliyyatı təxminən 3 saat gec başlayıb. Palçıq axını Şoviyə gedən yeganə yolda olan körpüləri uçurub. Xilasedicilər fəlakət bölgəsinə yalnız sərhəd polisinin helikopterləri ilə daxil ola biliblər. Təsdiqlənmiş məlumata görə, təbii fəlakət bölgəsində iki nəfərin meyiti tapılıb.
Ötən günlərdə yağan yağışlara baxmayaraq, Ətraf Mühitin Mühafizəsi Nazirliyi tərəfindən gözlənilən təbii proseslərlə bağlı əhaliyə xəbərdarlıq edilməyib.