Tbilisidə gecə klubunda qrup halında dələduzluq edən 8 nəfər həbs edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Polis Tbilisidə gecə klublarından birində 8 nəfəri turistlərdən dələduzluq yolu ilə külli miqdarda pul almaqda ittiham edərək həbs edib. Onların arasında klub sahibləri və orada işləyənlər, taksi sürücüləri də var.

Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlardan üçü əvvəllər də məhkəmədə olub.

“İstintaq müəyyən edib ki, gecə klublarından birinin sahibləri – R.M. və Q.Ç. taksi sürücüləri – Z.D., A.D. və M.D. ilə razılaşmaya əsasən turistləri konkret bara aparırdılar, adı çəkilən barın əməkdaşları: D.B., D.A. və G.K.-nın köməyi ilə dələduzluq yolu ilə sifariş edilən xidmət və məhsullara uyğun olmayan məbləğdə pul götürüblər. Həmçinin zərərçəkmişlərə psixoloji təzyiq və təhdidlər edilib”, - Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluqla bağlı araşdırmalar aparılır. Cinayət 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur