Tbilisi meriyasının məlumatına görə, “Tbilisoba 2022” 1-2 oktyabr tarixlərində çoxşaxəli proqramla qeyd olunacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rike parkda oktyabrın 1 və 2-də sərgilərin keçirilməsi planlaşdırılır; uşaq konsertləri, şirniyyat festivalı, idman tədbirləri, köhnə gürcü filmlərinin nümayişi (Vera məhəlləsinin melodiyaları (1973), Gülən oyuncaqlar (1963), Uzun işıqlı günlər (2013), Nar rəngi (1968), Pirosmani (1969)); sahibkarlıq yarmarkası; qastronomik zona; 2 oktyabr saat 19:00-da “Goofy Land” konserti keçiriləcək.
Leqvtaxevidə Tbilisi məddahlarına həsr olunmuş tematik instalyasiyalar quraşdırılacaq; dərə suda hərəkət edən dekorasiyalar və gül dəstələri ilə bəzədiləcək; su dəyirmanı, lampalar və müxtəlif instalyasiyalar quraşdırılacaq. Aktyorların ifasında müxtəlif tamaşalar və köhnə Tbilisinin rekonstruksiyası nəzərdə tutulub.
Orbeliani Meydanında Tbilisi ilə qardaşlaşmış və tərəfdaş şəhərlərin pavilyonları yerləşdiriləcək; “Tbilisinin inkişaf tarixi” stendi quraşdırılacaq; Orbeliani Sarayının qarşısındakı ərazidə “Tbilisi Məhəlləsi” təqdim olunacaq; iki gün ərzində pavilyonun qarşısında teatrlaşdırılmış geyimli tamaşa nümayiş olunacaq; uşaq əyləncə konsertləri keçiriləcək; Tbilisi həyətlərində ictimai müzakirələr və söhbətlər təşkil olunacaq; biznes və qida zonaları quraşdırılacaq. Saat 19:00-dan 22:00-a kimi gürcü artistlərinin, kollektivlərinin və orkestrin iştirakı ilə musiqili gecələr keçiriləcək.
Qudiaşvili meydanında instalyasiyalar quraşdırılacaq (Mtatsminda ayı, Böyük qəzet, “Vera məhəlləsinin melodiyaları”, instalyasiya “Tbilisinin fəxri vətəndaşları”); “acıq kinoteatr”, “Tbilisi kafesi” nəzərdə tutulur; saat 19:00-dan 22:00-dək müxtəlif janrlarda musiqili gecələr keçiriləcək.
Tbilisi qala-konserti oktyabrın 1-də, saat 20:00-da, Avropa Meydanında keçiriləcək. Giorgi Eristavinin məşhur pyesi əsasında hazırlanmış “Uçinmaçinis kudi” musiqili tamaşasının premyerası olacaq. Tədbirlərdə iştirak pulsuzdur.
Oktyabrın 2-də Dövlət Mərasimlər Sarayında Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi keçiriləcək.
Tbilisi meriyası 2022-ci il “Tbilisoba” bayramı üçün 3 milyon lari xərcləməyi planlaşdırır.
Tədbirlə əlaqədar sentyabrın 27-dən oktyabrın 3-ü saat 23:00-dək Qriqol Orbeliani meydanı yaxınlığında avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Qeyd olunan müddət ərzində məhdudiyyət Giorgi Atoneli küçəsindən Vaxtanq Orbeliani zolağı N13-ə qədər tətbiq olunacaq.
“Mşrali Xidi”dən gələn avtomobillər sağa dönərək İtaliya küçəsi ilə Atoneli küçəsinə hərəkət edə biləcək, bundan sonra sürücülər Çanturiya küçəsindən Rustaveli prospekti istiqamətində hərəkət edəcəklər. Həmçinin Tabukaşvili və İnaşvili küçələri ilə, Birinci Respublika meydanı istiqamətində hərəkət etmək mümkün olacaq.
Virsaladze küçəsindən Atoneli küçəsi istiqamətində hərəkət edən avtomobillər Çanturiya küçəsi ilə Rustaveli prospektinə bağlanacaq, yaxud Tabukaşvili və İnaşvili küçələri ilə Respublika meydanına hərəkət edəcək. Həmçinin, Virsaladze küçəsindən Atoneli küçəsinə, sonra sola dönərək İtaliya küçəsindən keçərək “Mşrali Xidi” istiqamətində hərəkətə icazə veriləcək.