İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin keçmiş rektoru Giorgi Şarvaşidze Gürcüstanın Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanın Ermənistandakı səfiri 2016-cı ilin iyulundan dörd il müddətinə Giorgi Saqanelidze idi. 2021-22-ci illərdə isə İrakli Kvançaxadze səfir vəzifəsini icra edirdi.
Baş Nazir İrakli Qaribaşvili yeni təyin olunmuş səfirə uğurlar arzulayıb və Gürcüstan və Ermənistan arasında gələcəkdə müxtəlif sahələrdə fəal əməkdaşlığına ümid etdiyini ifadə edib.
Giorgi Şarvaşidze 2022-ci ilin 7 oktyabr tarixində rektor vəzifəsindən istefa verib. O yazırdı ki, gələcək işi beynəlxalq münasibətlərlə bağlı olacaq. O, ilk dəfə 2016-cı ildə, ikinci dəfə isə 2020-ci ilin avqustunda TDU-nun rektoru seçilmişdi. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatıb. Onun rektor vəzifəsindən istefası əsas tələblərdən biri olub və bu səbəbdən 2022-ci ilin aprelində tələbələr etiraz aksiyalarına başlamışdılar. Tələbələr, həmçinin rektorun seçilmə üsulunun dəyişdirilməsini, universitetin büdcəsinin auditinin aparılmasını və yataqxana tikilməsini tələb edirdilər.
Tbilisi Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri İaqo Kaçkaçişvili Giorgi Şarvaşidzeni dissertasiyasında plagiata yol verməkdə ittiham edirdi. Şarvaşidze 2003-cü ildə Sulxan-Saba Universitetində namizədlik dissertasiyası müdafiə edib. Bu universitetin hüquqi varisi İliya Dövlət Universiteti plagiat faktını təsdiqləyib. Şarvaşidze plagiatı inkar edirdi.
2022-ci ilin sonunda Tbilisi Dövlət Universitetinin elmi şurası “Gürcü Arzusu”ndan Tbilisi Şəhər Şurasının keçmiş üzvü Jaba Samuşianı 4 illik müddətə yeni rektor seçib. Onun bu seçkidə rəqibi yox idi.