TDU professorlarının böyük hissəsi siyasi əsaslarla seçilib - Kobaxidze islahatlar elan edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Bizə tələbələrə, gənclərə müvafiq biliklərin veriləcəyi və dəyərlərin dərk olunacağı bir sistem lazımdır. Bu, əsas tapşırıqdır. Bilmirəm miqyası necə olacaq, amma burada da oxşar etiraz olacaq, bunu eyni şəffaflığa münasibətdə gördük, çünki bu, bizim ölkədə psevdoliberalizm deyilən eybəcərlikdir”, - Gürcüstanın Baş Naziri təhsildə “fundamental islahat” elan edib və Tbilisi Dövlət Universitetinə xüsusi diqqət yetirib. İrakli Kobaxidzenin sözlərinə görə, TDU professorlarının böyük bir hissəsi tamamilə siyasi motivlərlə seçilib.

İctimai yayımçıya müsahibəsində Kobaxidze “Vahid Milli Hərəkat”ın hakimiyyətdə olduğu dövr haqqında geniş danışıb. Onun sözlərinə görə, təhsil sistemi kənar sifarişlər tərəfindən qəsdən məhv edilirdi ki, bu da “psevdoliberal ideologiyanın xətti”dir.

“Təəssüf ki, onların fəaliyyətinin nəticələri birbaşa statistikada öz əksini tapır. Bu gün qeyri-hökumət təşkilatlarından biri olan “IDFI”nin təhsil sisteminin nəticələrini dərc edir və orada deyilir: Məktəbimizin şagirdlərinin 63%-i, yəqin ki, söhbət sonuncu sinif şagirdlərindən gedir, hətta təməl qabiliyyət imtahanından belə keçə bilməyiblər və eyni zamanda bu qeyri-hökumət təşkilatı bildirir ki, o, konkret nümayəndələrin, o cümlədən gənclərin oxumadıqları qanuna etiraz etməsi ilə fəxr edir ki, bu da acınacaqlı və çox ağır reallıqdır. Digər bir nəticə odur ki, “PISA” testinə görə oxuduğunu anlama üzrə 81 ölkə arasında 63-cü yeri tutmuşuq. Təbii ki, bu da təhsil sisteminin ilk dəfə dağıdıldığı 90-cı illərin nəticəsidir, lakin bu problemlər əvvəlki hakimiyyətin nümayəndələri tərəfindən mürəkkəbləşdirilirdi və bu, psevdoliberal ideologiyanın xətti idi - əsas iş ondadır ki, siz lazımi bilikləri verməməlisiniz... daha uşaqlara tarix dərsini demirdilər”, Kobaxidze deyib.

Baş nazir “etiraf edib ki, “Gürcü Arzusu”nun hakimiyyətində keçən  12 il təhsil istiqamətində “düzgün istifadə edilə bilinməyib”, lakin, bunun özünəməxsus obyektiv səbəbləri var idi.

“Yekun olaraq, asanlıqla yenidən təşkil edilə bilməyən möhkəm bir sistem qurmuşdular. Ali təhsil sistemində daha da ciddi problemlər yaratmışdılar.

Məsələn, mənim də universitet professoru kimi dərs dediyim aparıcı Tbilisi Dövlət Universitetini götürsək, orada ümumi mənzərə ən pisdir. Bir faktor odur ki, çoxlu sayda professor sırf siyasi zəmində seçilib. Bu o deməkdir ki, onlar siyasi baxımdan qərəzlidirlər, kimin tərəfində olduqları bəllidir və kifayət qədər ixtisasa malik deyillər.

İstənilən professorda siyasi qərəz ola bilər, amma heç ixtisasın olmadıqda, həm də siyasi olaraq qərəzlisənsə, burada görünür ki, Tbilisi Dövlət Universitetində professorluq əslində necə formalaşıb. Bu, professorların çox böyük hissəsinə aiddir. Müvafiq olaraq, bu qapalı bir dairədir və ona görə də bütün sistem pozulur. Buna görə Tbilisi Dövlət Universitetində nə dərsliklər inkişaf edir, nə elm, nə də heç bir şey”, - deyə İrakli Kobaxidze bildirib.

Kobaxidzenin sözlərinə görə, seçkilər zamanı ictimaiyyətə təklif olunacaq əsas islahatlardan biri də fundamental əsaslı islahatı olacaq.

Baş nazir jurnalistin səsləndirdiyi “siyasi əsaslarla seçilən, onu siyasi zəmində qavramamaq mümkün deyil” fikri ilə razılaşaraq, sözünə davam edib:

“Nəhayət, biz cəmiyyətə islahat təklif edəcəyik, bunun əsasında fərqli siyasi mənzərə əldə edəcəyik, dörd ildən sonra keyfiyyətcə fərqli infrastruktura malik olacağıq, burada tələbələrin öz maraqlarını reallaşdırmaq üçün on qat daha yaxşı imkanları olacaq. Bizdə keyfiyyətcə yenidən qurulmuş bir sistem olacaq ki, burada kiminsə siyasi maraqlarına xidmət edən ali təhsil müəssisəsi əvəzinə, istənilən dövlət universiteti başdan sona kimi yüksək keyfiyyətli təhsilin təmin edilməsinə yönələcək. Bunun üçün resurslar ölkədədir, əsas odur ki, sistemi düzgün qurulsun”, - deyə İrakli Kobaxidze bildirib.

Tbilisi Dövlət Universitetinin rəhbərliyi baş nazirin bəyanatına münasibət bildirməyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur