Tetritskaro bələdiyyəsində qanunsuz at kəsim məntəqəsi aşkarlanıb

Milli Qida Agentliyinin Kvemo Kartli regional bölməsinin müfəttişləri patrul polisinin iştirakı ilə Tetritskaro bələdiyyəsinin Vaşlovani kəndində Qoqa Bakuzanovun həyətində qanunsuz, süni şəkildə təşkil edilmiş ət kəsimi məntəqəsi aşkar ediblər.

Milli Qida Agentliyinin məlumatına görə, həmin şəxsə 1000 lari məbləğində cərimə tətbiq edilib və iş əlavə araşdırma üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Bu gün Milli Qida Agentliyinin Tbilisi şəhər xidməti “Lider” MMC-nin (Qldani A/mikrorayon, 48-ci binaya bitişik) istehsal prosesini dayandırıb və cərimələyib. Noyabrın 16-da təkrar araşdırma üçün götürülən ət nümunələrində at və eşşək DNT-si yenidən aşkar edilib.

Son vaxtlar ət mağazalarında at və eşşək ətlərinin satışı ilə bağlı bir sıra faktlar aşkarlanıb.

İstifadəçi pozuntu barədə məlumatı 1501 qaynar xəttinə verə bilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur