Tskaltuboda 12 sanatoriyum hərrac yolu ilə satılır, „Medeya“ və „Tbilisi“ artıq satılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Tskaltuboya yeni həyat” layihəsi çərçivəsində elan edilmiş hərrac nəticəsində “Tbilisi” və “Medeya” sanatoriyumları  8  982 300 lariyə satılıb. “Tbilisi” sanatoriyumu “Aka” MMC, “Medea” sanatoriyumu isə “Asi Group Hotels Georgia” MMC tərəfindən satın alınıb.

“Aka” MMC dövlət qeydiyyatından 2016-cı ildə keçib. Şirkətin səhmlərinin 96,9%-nin sahibi Camata Çarkviani, 3,1%-i isə Lavrenti Jinçaradzeyə məxsusdur.

“Asi Group Hotels Georgia” MMC-yə gəldikdə isə, şirkət 2021-ci ilin dekabrında qeydiyyatdan keçib və onun yeganə sahibi Misir vətəndaşı olan Xaled Mohamed Abdelmoneb Kandildir.

Qalan 12 sanatoriyumun satışı ilə bağlı hərracların müddəti uzadılıb.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, sözügedən qərar biznes sektorunun yüksək marağı və müraciəti nəticəsində qəbul edilib.

Dövlət iyul ayında satışa 14 obyekt - 5 premium , 5 orta sinif mehmanxana  və 4 müxtəlif tipli yaşayış obyekti qoyub. Obyektlərin ümumi dəyəri təxminən 50 milyon laridir. Hökumətin məlumatına görə, dövlət Tskaltubonu beynəlxalq kurort mərkəzinə çevirmək üçün on milyonlarla lari investisiya yatırmağı öhdəliyinə götürüb. "Tskaltubonun genişmiqyaslı bərpası və inkişafı layihəsinin həyata keçirilməsi 3200-dən çox yeni iş yeri, 6000-dən çox yerlik yataq fondu yaradacaq, 500 milyon lari investisiya cəlb edəcək və ziyarətçilərin sayını əhəmiyyətli dərəcədə artıracaq" deyə İqtisadiyyat Nazirliyi bildirib.

Əvvəlcə prezident Saakaşvili sonra İvanişvili, Ğaribaşvili, Qaxariya və yenidən Ğaribaşvili bizə Tskaltubo kurortunun inkişaf etdiriləcəyi vədini vermişdilər.  İndiki baş nazir ilk dəfə 2015-ci ildə bəyan etmişdi ki, Tskaltubo Almaniya və Çexiyanın məşhur kurort şəhərləri olan Baden-Baden və Karlovı Varı-dan heç də geri qalmır.

İvanişvili də vədlərində ona kömək edərək Tskaltubonun bölgədə səhiyyə və turizm paytaxtı olacağını, 20 min insanın işlə təmin olunacağını və bunun bütün İmereti bölgəsinin iqtisadi yüksəlişinə səbəb olacağını bildirdi. 2015-ci ildə dövlət investisiya fondu olan Tərəfdaşlıq Fondu Avstriyanın “Khol and Partners” konsaltinq şirkəti ilə birlikdə Tskaltubonun müalicə-sağlamlıq spa kurortu inkişafı kimi üçün uzunmüddətli plan hazırlayıb. Plana əsasən, 2015-2021-ci illərdə investorlar axtarılmalı və icranın birinci mərhələsinə başlanılmalı idi.

2019-cu il oktyabrın 29-da verdiyi bəyanatda keçmiş baş nazir və “Gürcü arzusu”nun təsisçisi Bidzina İvanişvili bildirib ki, o, Tskaltubo-nun abadlaşdırılması layihəsinə şəxsən rəhbərlik etmək, 22 mehmanxana, 9 hamamın hamısını satın almaq və onları tam bərpa etmək qərarına gəlib. Rəsmi olaraq isə Bidzina İvanişvili hələ də heç bir sanatoriya satın almayıb və nədə ki, Tskaltubonun reabilitasiyasına başlayıb. Tskaltubodakı kurortun inkişafı 1926-cı ildə başladı. 1931-ci ildə Tskaltubo kurort və balneoterapiya mərkəzi elan edildi. Tskaltubonun mineral suları ürək və qan dövranı orqanları, sinir sistemi, maddələr mübadiləsi, böyrək, ginekoloji və dəri xəstəliklərini müalicəsibüçün yararlıdır. 1953-cü ildə Tskaltubo İttifaq əhəmiyyətli bir şəhər və kurort statusu aldı.

Müxtəlif vaxtlarda 22 sanatoriya inşa olundu. Sovet İttifaqının dağılmasından əvvəl Tskaltubo 5800 yerlik sovet elitası ən məşhur istirahət yeri idi. Moskvadan Tskaltuboya birbaşa qatar gəlirdi. Abxaziyadakı müharibədən sonra Tskaltubo sanatoriyalarına 560 məcburi qaçqın ailəsi yerləşdirilib.

2022-ci ilə qədər 7 sanatoriya özəlləşdiilmişdi - “Meşaxte”, “İveriya”, “Metallurq”, “Tiskari”, hərbi sanatoriya, “Rion” sanatoriyası, keçmiş “Gürcüstan” sanatoriyası; "Rkinigzel" sanatoriyası dövlət şirkəti tərəfindən idarə olunur. İnvestorlar alınan sanatoriyalarda öz öhdəliklərini yerinə yetirmirlər.

Tskaltubo kurortunda 8 binaya mədəni irs abidəsi statusu verilib.

 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur