Yerli vaxtla saat 13:24-də Türkiyənin Kahramanmaraş vilayətində növbəti güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin gücü 7,5 bal olub. Bu səhər yerli vaxtla saat 4:17-də baş verən 7,8 bal gücündə zəlzələnin episentri də eyni əyalət olub. Yeraltı təkanlar Gürcüstan ərazisində də hiss olunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 1500-ü keçib, 6470-dən çox insan yaralanıb. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyənin cənub-şərqindəki Antakya şəhərində Gürcüstan vətəndaşının həlak olması barədə Türkiyədəki səfirliyə məlumat verilib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, 10 şəhər zərər çəkib.
“Zəlzələ bölgəsində bir çox binanın dağıntılarının təmizlənməsi hələ də davam etdiyindən ölən və yaralananların sayının nə qədər artacağını bilmirik”, -Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, həmçinin deyib ki, bu səhər baş verən zəlzələ 1939-cu ildə Ərzincan vilayətində baş verən və 33 min insanın ölümünə səbəb olan zəlzələdən sonra ölkədə baş verən ən böyük fəlakətdir.
Bu gün baş verən zəlzələ nəticəsində Türkiyədə 3000-ə yaxın bina dağılıb.
Gürcüstan da daxil olmaqla 45 dövlət Türkiyəyə yardım təklif edib. Baş Nazir İrakli Qaribaşvili xilasetmə tədbirlərində iştirak etmək üçün müvafiq texnika və xilasediciləri göndərəcəyini bildirib.
Türkiyə seysmik cəhətdən aktiv regiondur. 1999-cu ildə İzmitdə baş verən zəlzələdə 17 mindən çox insan həlak olmuş, 250 mindən çox insan evsiz qalmışdı. Həmin zəlzələnin gücü 7,6 bal idi.