Türkiyədə bəndin hündürlüyü 275 metr olan ən böyük “Yusufeli” su anbarı açılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Türkiyənin Artvin vilayətində Çorox çayı üzərində yerləşən “Yusufeli” su anbarında su yığılmağa başlayıb. Bəndinin hündürlüyü 100 mərtəbəli (275 metr) göydələn qədər olan su anbarı ildə 2 milyard 130 milyon kubmetr su saxlaya bilir. Su anbarı Türkiyədə birinci, dünyada isə beşincidir.

Artvin şəhərindən 70 kilometr aralıda yerləşən Yusufeli bölgəsində bənd və su elektrik stansiyasının tikintisi 2012-ci ildən davam edir. “Yusufeli”nin quraşdırılmış gücü 558 meqavatdır, ildə 1,9 milyard kilovatsaata yaxın enerji istehsal edəcək və Türkiyə iqtisadiyyatına 5 milyard lira gəlir gətirəcək.

Türkiyə prezidenti süni su anbarının və su elektrik stansiyasının açılışında iştirak edib. Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Yusufeli sakinləri bu layihəni həyata keçirmək üçün evlərindən, işlərindən və keçmişlərindən imtina ediblər. Türkiyə liderinin sözlərinə görə, yeni Yusufeli 2698 yaşayış evi, iş yeri, yeni tikilmiş infrastrukturu ilə köhnəsindən daha böyükdür.

“Biz onlara daha müasir evlər aldıq, iş yerləri yaratdıq və tamamilə yeni rayon saldıq. Bilirik ki, bu, onların verdikləri fədakarlıqların qarşılığında kifayət etməyəcək. İlk öncə ölkəmizin və millətimizin gələcəyi üçün göstərdiyi fədakarlığa görə hər bir Yusufeli sakininə öz adımdan və xalqım adından minnətdarlığımı bildirirəm.

“Yusufəli” SES-in potensialı 2,5 milyon evi elektrik enerjisi ilə təmin etməyə və ya bizim istehsal etdiyimiz 750 min elektromobil - TOGG-ni yükləməyə kifayət edir. Bir sözlə, Türkiyənin ən çətin coğrafi şəraitində bənd, stansiya, yeni qəsəbə və yollarla birlikdə cəmi 34 milyard lirəyə başa gələn bir layihə həyata keçirdik. Bunu bir daha vurğulayım. Milli büdcəmizdən 34 milyard lira.

11 il əvvəl 2023-cü il planlarını ictimaiyyətə təqdim edəndə bəziləri bizə güldü. Bütün bu illər ərzində kiminsə davamlı olaraq enerjimizi və vaxtımızı oğurlamağa çalışsa da, Türkiyə regional liderlikdən kənara çıxıb və indi qlobal miqyasda söz sahibidir. 25 il əvvəl xəyalına belə gətirə bilmədiyimiz demokratiya və inkişaf standartları indi gündəlik həyatımızın təbii bir parçasıdır”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, “Yusufeli” su anbarının fəaliyyəti “Artvin”, “Dərinər”, “Borçxa” və “Muratlı” su anbarları ilə sıx bağlı olacaq ki, bu da Anadolunun şimal-şərq hissəsində elektrik enerjisi istehsalını artıracaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur