Ümidvaram, növbənin bizə çatacağı gün uzaqda deyil - Qaqloyev Tsxinvalinin Rusiyaya birləşdirilməsi ilə bağlı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Bizim əsas müttəfiqimiz Rusiya Federasiyasıdır və olacaq. Rusiyaya qarşı təcavüz bizim tərəfimizdən Cənubi Osetiyaya qarşı təcavüz kimi qiymətləndirilir”, - Bu barədə qondarma parlament qarşısında daxili və xarici siyasətlə bağlı məruzə ilə çıxış edən Cənubi Osetiya de-fakto Respublikasının prezidenti Alan Qaqloyev bildirib.

Gürcüstanın işğal olunmuş regionunun liderinin sözlərinə görə, “Cənubi Osetiya” ilk gündən Rusiyanın Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyata” dəstək verir və onun döyüşçüləri rus əsgərləri ilə birlikdə “Kollektiv Qərbin əlində marionetlərə çevrilmiş ukraynalı neonasistlərə qarşı vuruşurlar”.

“Cənubi Osetiya Respublikası da Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşməsini tam dəstəkləyib. Biz şadıq ki, dostlarımız üçün tarixi bir məqam yetişdi ki, xalqın Rusiya ilə birləşmək istəyi bu addımı atmaq üçün geosiyasi fürsətlə üst-üstə düşdü. Ümid edirəm ki, növbənin Cənubi Osetiyaya çatacağı gün uzaqda deyil”, - Alan Qaqloyev bildirib.

Onun öz bəyanatına görə, “xüsusi əməliyyat” fonunda Gürcüstanda “onu Cənubi Osetiya və Abxaziyaya qarşı ikinci cəbhə açmağa sövq edən” dağıdıcı qüvvələr aktivləşib.

“Bununla bağlı biz ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və Rusiya tərəfi ilə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər görmüşük. Belə bir məlumatı açıqlamaq olmaz, amma deyə bilərəm ki, bu gün regionda vəziyyət tam nəzarət altındadır. Hərbi sahədə bir sıra yeni layihələr həyata keçirilir.

Gürcüstanın nümayəndələri ilə beynəlxalq arenada, o cümlədən Cenevrə müzakirələri formatında gələcək münasibətlərimiz mübahisələrin həllində gücdən istifadə etməməyə dair qarşılıqlı məcburi sənədin qəbul edilməsi zərurətinə əsaslanacaq”, - Qaqloyev qeyd edib.

İşğal olunmuş Tsxinvali vilayətinin Rusiya Federasiyasına daxil olması ilə bağlı qondarma referendum 2022-ci il iyulun 17-nə təyin edilmişdi, lakin keçmiş qondarma prezident Anatoli Bibilovun seçkiqabağı dövrdə verdiyi sərəncam seçkilərdə qalib gəldikdən dərhal sonra Alan Qaqloyev tərəfindən ləğv edilib. Qaqloyev bildirib ki, Rusiya ilə birləşmə osetin xalqının “ən böyük arzusudur”, lakin referendumun keçirilməli olduğu “tarixi an”ın olub-olmaması başqa məsələdir. Daha sonra Rusiya Xarici İşlər Nazirliyi Bibilovun təşəbbüsünün onlarla razılaşdırılmadığını izah etmişdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur