Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” zamanı 5937 rusiyalı hərbçi həlak olub. Şoyqu yaralıların sayını açıqlamasa da, onların 90 faizindən çoxunun sağaldığını və işə qayıtdığını bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Böyük, çətin döyüş əməliyyatları gedir. Hərbçilərimiz, Luqansk və Donetsk Xalq Respublikalarının hərbi qulluqçuları, digər birləşmələr, könüllülərimiz əməliyyatı şərəflə yerinə yetirlər,. Bu gün biz Ukrayna ordusu ilə deyil, kollektiv Qərb və NATO ilə döyüşürük. Qarşımıza qoyulan vəzifələri yerinə yetirməkdə davam edirik. Bu asan deyil, amma biz bunu edəcəyik”, - Şoyqu bildirib.
Rossiya 24” dövlət televiziyasının efirində Rusiyanın müdafiə naziri Ukraynanın hərbi itkilərindən də danışıb: “İlkin mərhələdə Ukraynanın silahlı qüvvələri təxminən 201-202 min nəfərdən ibarət idi. Bu müddət ərzində onların itkisi 100 mini keçir. Bundan başqa, 61 min 207 nəfər həlak olub, 49 min 368 nəfər isə yaralanıb. Bu, kifayət qədər ciddi itkidir, əgər söhbət 200 minə yaxın ordudan gedirsə, bu, ordunun yarısıdır”.
Bu gün elan edilən qismən səfərbərliyə Rusiyanın müdafiə naziri də münasibətini bildirib. Şoyqunun sözlərinə görə, səfərbərlik hərbi xidmət keçmiş, silahlı qüvvələrə lazım olan peşələrə malik olan, döyüş təcrübəsi olan şəxslərə aid olacaq - söhbət tələbələrdən və çağırışçılardan getmir.
“Bizim böyük səfərbərlik resurslarımız var, artıq xidmət etmiş, döyüş təcrübəsi olan, hərbi ixtisasa malik olanların resursu – demək olar ki, 25 milyon insanın. Qismən səfərbərlik ümumi resursun 1%-ni, bir az daha çoxunu əhatə edir. Cəbhə xətti adlandıra bilən təmas xəttinin özü 1000 kilometrdən artıqdır. Təbiidir ki, onu gücləndirmək, bu sahələrə nəzarət etmək lazımdır və təbii ki, bunun üçün ilk növbədə bu işlər yekunlaşır - mən qismən səfərbərliyi nəzərdə tuturam. 300 min ehtiyatda olan hərbçi hərbi xidmətə cəlb olunacaq. Bu, bir dəfə olmayacaq, bu, plan üzrə aparılacaq işdir”, - Şoyqu bildirib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynanı işğal etdi və genişmiqyaslı müharibəyə başladı. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, son 7 ay ərzində Rusiya tərəfində təxminən 55 110 hərbçi həlak olub. Bundan əlavə, Rusiyanın 2 227 tankı və 4 748 ədəd zirehli texnikası məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujni avqustun 22-də veteranlar və könüllülərin forumunda çıxışı zamanı Ukraynanın müharibədə itkilərini ilk dəfə şərh edib. “Reuters”in məlumatına görə, Zalujni fevralın 24-dən bəri təxminən 9000 Ukrayna əsgərinin həlak olduğunu bildirib.