Ukraynada daha iki gürcü döyüşçüsü həlak olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ukraynada, Rusiya tərəfindən başladılan müharibədə, daha iki gürcü əsgəri həlak olub. Mövcud məlumata görə, Coni Odişvili və Malxaz Kvijinadze artilleriya atəşi nəticəsində həlak olublar.

33 yaşlı Coni Odişvili Qori bələdiyyəsinin Tkviavi kəndindən olub. Ailə üzvlərinin sözlərinə görə, Coni Odişvili Ukraynada olarkən yaralanıb və Gürcüstana qayıdıb, lakin sağaldıqdan sonra yenidən cəbhə xəttinə gedib.

Malxaz Kvijinadze Kutaisidə yaşayıb. Onun döyüş yoldaşı Zaal Latarianın məlumatına görə, o, Luqansk vilayətinin Lisiçansk istiqamətində vəfat edib. Malxaz Kvijinadze, 2022-ci ilin aprelində, Kiyev vilayətinin Qostomel şəhərində gedən döyüşlər zamanı kimyəvi maddə ilə zəhərlənən gürcülərdən biri olub. O, Rusiya tammiqyaslı işğala başlamazdan əvvəl. 2016-cı ildən Ukrayna hökumətinin antiterror əməliyyatında da iştirak edib.

Həlak olan döyüşçülər vətənə bir neçə gündən sonra gətiriləcək.

2022-ci il fevralın 24-dən sonra, Ukraynada, Rusiya tərəfindən başladılan müharibədə, artıq 46 gürcü və gürcü əsilli ukraynalı döyüşçü həlak olub:

  1. Malxaz Kvijinadze - 2023-cü il iyunun 24-də Luqanskda, Lisiçansk istiqamətində vəfat edib;
  2. Conni Odişvili - 33 yaşında, 24 iyun 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
  3. Nika Jiğaşvili - 10 may 2023-cü ildə, Luqanskda vəfat edib;
  4. Zurab Odişvili - 26 aprel 2023-cü ildə vəfat edi;
  5. Davit Kuçukiani - 4 aprel 2023-cü ildə Baxmutda vəfat edib.
  6. Vaxtanq Barbaradze - 4 aprel 2023-cü ildə Baxmutda vəfat edib.
  7. Mixeil Mazanaşvili - 29 yaşında, 31 mart 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
  8. İlia Çoxeli - 25 yaşında, 16 mart 2023-cü ildə Baxmutda vəfat edib;
  9. Qiorgi Kaadze - 23 yaşında, 29 yanvar 2023-cü ildə Soledar şəhəri yaxınlığında vəfat edib;
  10. Mixeil Tevdoradze - 45 yaş, 2022-ci il dekabrın 13-də Baxmut yaxınlığında vəfat edib;
  11. Serqo Lisixi - 34 yaşında, 13 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  12. Ruslan Bayramov - 29 yaş, 6 oktyabr 2022-ci ildə Nikolayev rayonunda vəfat edib;
  13. Roland Kvaraçxelia - 49 yaş, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  14. Avto Rurua - 41 yaş, 2022-ci il dekabrın 3-də Baxmut yaxınlığında vəfat edib;
  15. Romeo Piçxaia - 55 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  16. Merab Aladaşvili - 45 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  17. Badri Markelia - 46 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  18. Caba (Cambulat) Xoperiya - 25 yaş, 2022-ci il dekabrın 1-də Kiyevdə vəfat edib;
  19. Konstantin Kursua - 43 yaş, 23 noyabr 2022-ci ildə Donetsk yaxınlığında vəfat edib;
  20. Levan Saxelaşvili - 38 yaş, 2 noyabr 2022-ci ildə Nikolayev rayonunda vəfat edib;
  21. Qurgen (Quqa) Qaqnidze - 40 yaşında, 30 oktyabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  22. Aleksandre Martiaşvili - 24 yaş, 21 oktyabr 2022-ci ildə Xerson yaxınlığında vəfat edib;
  23. Mixeil Kaplanişvili - 46 yaş, 21 oktyabr 2022-ci ildə Luqansk rayonunda vəfat edib;
  24. Ernest Maçaraşvili - 43 yaş, 13 oktyabr 2022-ci ildə Xerson rayonunda vəfat edib;
  25. Edişer Kvaraçsxelia - 44 yaş, 10 oktyabr 2022-ci ildə Donetsk vilayətində vəfat edib;
  26. Qela Qoqiya - 55 yaş, 26 avqust 2022-ci ildə Donetsk vilayətində vəfat edib;
  27. Berdia Joxadze - 43 yaş, 2022-ci il avqustun 12-də Nikolayev xəstəxanasında vəfat edib;
  28. Kaxa Qoqoli - 47 yaş, 2022-ci il iyulun 10-da Luqansk vilayətində vəfat edib;
  29. Aluda Zviadauri - 42 yaş, 18 iyun 2022-ci ildə Severodonetsk yaxınlığında vəfat edib;
  30. Kirile Şanava - 25 yaş, 2022-ci il iyunun 7-də Luqansk vilayətində vəfat edib;
  31. Daniel Qerliani - 25 yaş, 2022-ci il iyunun 3-də Zaporojya yaxınlığında öldürülüb;
  32. Qiorqi Qriqolia - 40 yaşında, 2022-ci il iyunun əvvəlində Baxmut yaxınlığında vəfat edib;
  33. Rati Şurqaia - 38 yaş, 2022-ci il mayın 14-də Xarkov vilayətinin İzium şəhərində vəfat edib;
  34. Telman (Tato) Biqvava - 27 yaşında, 8 may 2022-ci ildə Mariupolda vəfat edib;
  35. Vitali Orbeladze - 46 yaş, 23 aprel 2022-ci ildə Xarkov vilayətinin İzium şəhərində vəfat edib;
  36. Zaza Bitsadze - 40 yaşında, 16 aprel 2022-ci ildə Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
  37. Alika Tsaava - 40 yaşında, 2022-ci il aprelin 16-da Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
  38. Arkadi Kasradze - 40 yaşında, 2022-ci il aprelin 16-da Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
  39. Temur Maçaraşvili - 37 yaş, 2022-ci ilin aprelində Zaporojyedə vəfat edib;
  40. Nika Şanava - 21 yaş, 2022-ci il aprelin 9-da Xarkov vilayətində vəfat edib;
  41. Davit Menabdişvili - 47 yaş, 9 aprel 2022-ci ildə Xarkov rayonunda vəfat edib;
  42. Davit Qobejişvili - 47 yaş, 25 mart 2022-ci ildə İrpen şəhəri yaxınlığında vəfat edib;
  43. Baxva Çikobava - 54 yaş, 2022-ci il martın 19-da Mariupolda vəfat edib;
  44. Qia Beriaşvili - 45 yaş, 18 mart 2022-ci ildə İrpen yaxınlığında vəfat edib;
  45. Davit Ratiani - 53 yaşında, 18 mart 2022-ci ildə İrpen yaxınlığında vəfat edib;
  46. Oleq Qeqeçkori - 50 yaş, 2022-ci il martın 8-də Kiyev vilayətində vəfat edib;
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur