Ukraynada, gürcü döyüşçü Zakro Şubitidze həlak olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiyaya qarşı müharibədə daha bir gürcü döyüşçü, 30 yaşlı Zakro Şubitidze həlak olub. O, Ukraynadakı Gürcüstan Legionunun 4-cü qrupunun komandiri idi. Şubitidze Donetsk vilayətinin yaşayış zonası, Neskuçnes yaxınlığında döyüşdə həlak olub.

“Bu müharibə zamanı tanış olduğum ən yaxşı insan!” - Gürcüstan legionunun komandiri Mamuka Mamulaşvili yazır.

2022-ci ilin 24 fevral tarixindən bu yana Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində gürcü və Ukrayna əsilli 49  gürcü döyüşçü həlak olub:

  1. Zakro Şubitidze - 30 yaş, 2023-cü ilin 18 sentyabrında, Donesk vilayətində vəfat edib;
  2. Nikoloz Axvlediani - 42 yaş, 23 avqust 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
  3. Arçil Devrisaşvili- 2023-cü il iyulun 27-də Baxmut yaxınlığında vəfat edib.
  4. Malxaz Kvijinadze - 2023-cü il iyunun 24-də Luqanskda, Lisiçansk istiqamətində vəfat edib;
  5. Coni Odişvili - 33 yaşında, 24 iyun 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
  6. Nika Jiğaşvili - 10 may 2023-cü ildə, Luqanskda vəfat edib;
  7. Zurab Odişvili - 26 aprel 2023-cü ildə vəfat edi;
  8. Davit Kuçukiani - 4 aprel 2023-cü ildə Baxmutda vəfat edib.
  9. Vaxtanq Barbaradze - 4 aprel 2023-cü ildə Baxmutda vəfat edib.
  10. Mixeil Mazanaşvili - 29 yaşında, 31 mart 2023-cü ildə Baxmut yaxınlığında vəfat edib;
  11. İlia Çoxeli - 25 yaşında, 16 mart 2023-cü ildə Baxmutda vəfat edib;
  12. Qiorqi Kaadze - 23 yaşında, 29 yanvar 2023-cü ildə Soledar şəhəri yaxınlığında vəfat edib;
  13. Mixeil Tevdoradze - 45 yaş, 2022-ci il dekabrın 13-də Baxmut yaxınlığında vəfat edib;
  14. Serqo Lisixi - 34 yaşında, 13 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  15. Ruslan Bayramov - 29 yaş, 6 oktyabr 2022-ci ildə Nikolayev rayonunda vəfat edib;
  16. Roland Kvaraçxelia - 49 yaş, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  17. Avto Rurua - 41 yaş, 2022-ci il dekabrın 3-də Baxmut yaxınlığında vəfat edib;
  18. Romeo Piçxaia - 55 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  19. Merab Aladaşvili - 45 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  20. Badri Markelia - 46 yaşında, 3 dekabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  21. Caba (Cambulat) Xoperiya - 25 yaş, 2022-ci il dekabrın 1-də Kiyevdə vəfat edib;
  22. Konstantin Kursua - 43 yaş, 23 noyabr 2022-ci ildə Donetsk yaxınlığında vəfat edib;
  23. Levan Saxelaşvili - 38 yaş, 2 noyabr 2022-ci ildə Nikolayev rayonunda vəfat edib;
  24. Qurqen (Quqa) Qaqnidze - 40 yaşında, 30 oktyabr 2022-ci ildə Baxmut yaxınlığında vəfat edib;
  25. Aleksandre Martiaşvili - 24 yaş, 21 oktyabr 2022-ci ildə Xerson yaxınlığında vəfat edib;
  26. Mixeil Kaplanişvili - 46 yaş, 21 oktyabr 2022-ci ildə Luqansk rayonunda vəfat edib;
  27. Ernest Maçaraşvili - 43 yaş, 13 oktyabr 2022-ci ildə Xerson rayonunda vəfat edib;
  28. Edişer Kvaraçsxelia - 44 yaş, 10 oktyabr 2022-ci ildə Donetsk vilayətində vəfat edib;
  29. Qela Qoqiya - 55 yaş, 26 avqust 2022-ci ildə Donetsk vilayətində vəfat edib;
  30. Berdia Joxadze - 43 yaş, 2022-ci il avqustun 12-də Nikolayev xəstəxanasında vəfat edib;
  31. Kaxa Qoqoli - 47 yaş, 2022-ci il iyulun 10-da Luqansk vilayətində vəfat edib;
  32. Aluda Zviadauri - 42 yaş, 18 iyun 2022-ci ildə Severodonetsk yaxınlığında vəfat edib;
  33. Kirile Şanava - 25 yaş, 2022-ci il iyunun 7-də Luqansk vilayətində vəfat edib;
  34. Daniel Qerliani - 25 yaş, 2022-ci il iyunun 3-də Zaporojya yaxınlığında öldürülüb;
  35. Qiorqi Qriqolia - 40 yaşında, 2022-ci il iyunun əvvəlində Baxmut yaxınlığında vəfat edib;
  36. Rati Şurqaia - 38 yaş, 2022-ci il mayın 14-də Xarkov vilayətinin İzium şəhərində vəfat edib;
  37. Telman (Tato) Biqvava - 27 yaşında, 8 may 2022-ci ildə Mariupolda vəfat edib;
  38. Vitali Orbeladze - 46 yaş, 23 aprel 2022-ci ildə Xarkov vilayətinin İzium şəhərində vəfat edib;
  39. Zaza Bitsadze - 40 yaşında, 16 aprel 2022-ci ildə Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
  40. Alika Tsaava - 40 yaşında, 2022-ci il aprelin 16-da Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
  41. Arkadi Kasradze - 40 yaşında, 2022-ci il aprelin 16-da Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığında vəfat edib;
  42. Temur Maçaraşvili - 37 yaş, 2022-ci ilin aprelində Zaporojyedə vəfat edib;
  43. Nika Şanava - 21 yaş, 2022-ci il aprelin 9-da Xarkov vilayətində vəfat edib;
  44. Davit Menabdişvili - 47 yaş, 9 aprel 2022-ci ildə Xarkov rayonunda vəfat edib;
  45. Davit Qobejişvili - 47 yaş, 25 mart 2022-ci ildə İrpen şəhəri yaxınlığında vəfat edib;
  46. Baxva Çikobava - 54 yaş, 2022-ci il martın 19-da Mariupolda vəfat edib;
  47. Qia Beriaşvili - 45 yaş, 18 mart 2022-ci ildə İrpen yaxınlığında vəfat edib;
  48. Davit Ratiani - 53 yaşında, 18 mart 2022-ci ildə İrpen yaxınlığında vəfat edib;
  49. Oleq Qeqeçkori - 50 yaş, 2022-ci il martın 8-də Kiyev vilayətində vəfat edib;
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur