Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini İoseb Qoqaşvilinin vəkili Ramaz Çinçaladzenin sözlərinə görə, daxili işlər naziri Vaxtanq Qomelauri həbsdə olan Qoqaşviliyə zəng edərək ona hədə-qorxu gəlib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İyulun 28-də İoseb Qoqaşvili cəzaçəkmə müəssisəsinin hamamına otağına aparılaraq, pəncərənin altında qoyulan telefon göstərilib və oradaki telefonun zəng çalacağını, İoseb Qoqaşvilinin isə həmin zəngə cavab verməli olduğu deyilib. Bir neçə dəqiqədən sonra zəng olunan həmin telefona, İoseb Qoqaşvili cavab verdi. Onunla əlaqə saxlayan Gürcüstanın daxili işlər naziri idi. İoseb Qoqaşvilinin dediyinə görə, onların arasında keçən söhbət kifayət qədər gərgin olub.
İoseb Qoqaşvilinin susmayacağı təqdirdə ona, ailəsinə və eləcə də qohumlarına və s. nələr olacağını nəzərə almalı idi”.
İoseb Qoqaşvili ilə daxili işlər naziri arasında olan söhbət ertəsi gün də eyni qaydada davam edib. Ertəsi gün İoseb Qoqaşvili və onun ailə üzvlərindən susmaları xahiş olundu. Ailə üzvləri İoseb Qoqaşvili ilə iki dəfə görüşərək söhbət ediblər. Bütün bunlar, rəsmi qərarın verildiyi və İoseb Qoqaşvilinin vəkillərdən başqa hər hansı bir şəxslə görüşü və telefon əlaqəsi qadağan olunduğu şəraitdə baş verib”- deyə vəkil Ramaz Çinçaladze bildirib.
Qoqaşvilinin ikinci vəkili Dimitri Ğonğadzenin sözlərinə görə, Vaxtanq Qomelauri Soso Qoqaşviliyə telefonla 4 dəfə zəng edib. Vəkilin sözlərinə görə, ilk iki telefon zəngi görüşməsini Penitensiar müəssisənin rəhbəri Zurab Modebadze təşkil edib və o, Qoqaşviliyə telefonla danışmaq üçün hamam otağına daxil olmağı tapşırıb. Onun sözlərinə görə, vəkillərə məhbusa zəngin hansı nömrədən gəldiyini, həmçinin onun daxili işlər nazirinə cavab verdiyi telefonda hansı nömrənin olduğu məlumdur: “Üstəlik, İoseb Qoqaşvili mühüm sübutlar əldə etməyi bacarıb o, yapışqan lent(skoç) vasitəsilə onun əlində olan mobil telefondan barmaq izlərini götürüb. Mən bildiyim qədərilə, bu sübutlar artıq 12 saylı cəzaçəkmə müəssisəsindən çıxarılıb və biz vəkillər çalışacağıq ki, sübut olar çıxarrılan yararlı haldadırsa, kimlik müəyyən etmək mümkün olacaqsa müvafiq ekspertiza aparılsın”.
Xüsusi Penitensiar Xidmət və Daxili İşlər Naziri bu gün bu məsələlərə bağlı münasibət bildirməyiblər.
Qoqaşvilinin həbsindən sonra onun Facebook səhifəsində tez-tez yüksək vəzifəli məmurlara qarşı müxtəlif ittihamlar paylaşılır.
Təqsirləndirilən Soso Qoqaşvili iyulun 26-da yaydığı bəyanatında daxili işlər naziri qızının nişanlısını oğurlatdığını yazır: “Altı il əvvəl sən, öz qızının nişanlısını, qonşunuz Amoiyandı yoxsa Şamoyan tam xatırlamıram, sənin o, sadiq DTX əməkdaşı, Şaradzeyə başına “Mozqi” çuvalı keçirilmiş vəziyyətdə oğurladaraq işgəncə verərək Ermənistanla sərhəddə buraxdınız və onu hədələdiniz ki, geri qayıdacağı dəqdirdə, üstündə silah gəzdirməkdə ittiham olunacaqdı və bütün bunlar sadəcə olaraq Kürdü evinə buraxmaq istmədiyin üçün idi”.
2015-2018-ci illərdə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin birinci müavini vəzifəsini tutan İoseb Qoqaşvili 2022-ci il iyulun 16-da həbs edilib. Prokurorluq Qoqaşvilini keçmişdə öz rəsmi vəzifələrindən və əlaqələrindən sui istifadə edərək konkret vətəndaşların şəxsi məlumatlarını əldə edərək açıqlamaqda və bununla da qeyd olunan məlumatların ictimaiyyətə yayılmasına imkan yaratmaqda ittiham edilir. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Təqsirli bilinərsə, Qoqaşvilini 4 ildən 7 ilə qədər həbs gözləyir.