“VMH” sədri və parlamentin üzvü Levan Xabeişvili şiddətli şəkildə döyülüb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Vahid Milli Hərəkat”ın məlumatına görə, partiyanın sədri, parlamentin deputatı Levan Xabeişvili şiddətli şəkildə döyülüb. Sosial şəbəkələrdə yayılan fotoda xəsarətlər aydın görünür.

“Heç yerim ağrımır, hər şey keçəcək. Putinistlərə qarşı mübarizə davam etdirilməlidir”, - hazırda İnqoroqva klinikasında olan Xabeişvili bir neçə saniyəlik videoda deyir.

Xabeişvilinin döyülməsi ilə bağlı məlumatı yaymazdan əvvəl “Milli Hərəkat” partiya sədrinin aksiyada yaralı vətəndaşa yardım edərkən “Bidzina İvanişvilinin şəxsi sifarişi ilə Gürcüstandakı Rusiya rejiminin nümayəndələri tərəfindən oğurlandığını” bəyan edib. “Milli Hərəkat” Daxili İşlər Nazirliyinə müraciət edərək, Levan Xabeişvilinin fiziki təhlükəsizliyini təmin etmək və onun dərhal azadlığa buraxılmasını istəyib.

Daxili İşlər Nazirliyi müxalifətçi deputatın döyülməsi ilə bağlı hələlik açıqlama verməyib.

Aprelin 30-da parlamentin plenar iclasında rus qanununun ikinci oxunuşunun müzakirəsi ilə paralel olaraq Tbilisidə qanunverici orqanın yanında aksiya keçirilib. Vətəndaşlar Rustaveli prospektini bağlayıblar və onların bir qismi “Gürcü Arzusu”nun rus qanununun müəllifi və dəstəkçisi deputatlarının sessiyadan sonra çıxmalı olduğu parlamentin girişlərinə gəlib. Xüsusi Təyinatlı Departamentinin və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları aksiya iştirakçılarını ərazini tərk etməyə məcbur ediblər. Dinc nümayişi dağıtmaq üçün bibər qazı, gözyaşardıcı qaz və su şırnağından istifadə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları gənclərə fiziki təzyiq də ediblər.

Xalq Müdafiəçisi Levan İoseliani bildirib ki, Daxili İşlər Nazirliyinin güc tətbiq etməsi üçün heç bir əsas yoxdur. İoseliani istintaq orqanlarını qeyri-mütənasib güc tətbiqi, eləcə də media nümayəndələrinin xəsarət alması faktları ilə bağlı səmərəli araşdırma aparmağa çağırır.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. 

Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb. Aprelin 17-də 83 deputat rus qanununu birinci oxunuşda dəstəkləyib.

Aprelin 15-dən Tbilisidə hər gün kütləvi etiraz aksiyaları keçirilir. Aprelin 28-dəki nümayişdə on minlərlə insan iştirak edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur