Xərçəngin müalicəsi illik gəliri 40.000 laridən çox olan xəstələr üçün də maliyyələşdiriləcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İllik gəliri 40.000 laridən çox olanlar da daxil olmaqla, bütün xərçəng xəstələri üçün hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərmanlar maliyyələşdiriləcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, onkoloji xəstələrin tam dəyərli müalicəyə əlçatanlığını artırmaq məqsədilə ümumi sağlamlığın qorunması dövlət proqramında mühüm dəyişikliklər edilib.

“İndiyədək kimyaterapiya, şüa terapiyası, onkoloji xəstəliklərin müalicəsi üçün dərmanlar yalnız illik gəliri 40 000 laridən aşağı olan şəxslərə verilirdi. Bu dəyişiklikdən sonra onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq bütün vətəndaşlar üçün ildə 25 000 lari daxilində mümkün olur.

Düşünürük ki, bu dəyişiklik xərçəngin müalicə üsullarına - kimyaterapiya, şüa terapiyası, hormon terapiyası və bu gün ən effektiv olan və müasir təlimatlarla tövsiyə olunan müalicə üsullarına çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və bərabərləşdirəcək”, - deyə Səhiyyə nazirinin birinci müavini Tamar Qabunia bildirib.

Yenilik sığortalı veteranlara da şamil olunacaq.

Ötən ay Səhiyyə Nazirliyi 18 yaşınadək xərçəng xəstələrinin xaricdə müalicə proqramına başlayıb. Proqram çərçivəsində İsrail, İspaniya və Türkiyədə ildə 300-ə qədər uşağın müalicəsini dövlət tam şəkildə maliyyələşdirəcək. Proqramın tərəfdaş klinikaları Türkiyənin “Anadolu Medical Center”, İspaniyanın “Chiron Salud Medical Center” və İsrailin “Ikhilov Medical Center”dir. Paketə diaqnostika və standart müalicə kursu daxildir: kimyaterapiya, şüa terapiyası, cərrahiyyə, həmçinin xəstənin ehtiyaclarından asılı olaraq proton terapiyası. Dövlət tərəfindən maliyyələşdirilmənin əldə olunması üçün müraciətlər iyulun 24-dən qəbul edilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur