Sakrebulonun sədrindən başlayaraq meriyanın binasının gözətçisinə qədər xüsusi səfərbər olunmuş insanlar Xaraqauliyə gələn müxalifətçi parlament üzvü Levan Xabeişvilini qarşılayıblar. Deputat etiraz edir ki, niyə “Gürcü Arzusu”ndan olan Xaraqauli sakrebulo (bələdiyyə şurası) sədrinin birinci müavini Davit Kiknadzenin ailəsinə sosiyal yardım verilir. Kiknadzenin aylıq maaşı 3410 lari, illik isə 40920 laridir. Onun həyat yoldaşı İa Tabatadze də meriyada işləyir, maaşı 1300 larini keçir (illik 15840) və ailə hələ də maddi yardım alır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oktyabrın 6-da Xaraqaulidə, Süleyman Mepe küçəsində bir neçə dəfə davaya çevrilən qarşıdurma saat 13:20 radələrində Sosial Xidmətlər Agentliyinin şöbəsində başlayıb.
KİV nümayəndələrinin iştirakı ilə Levan Xabeişvili Sosial Xidmətlər Agentliyinin yerli şöbəsinin rəhbəri Kiazo Qamrekelaşvilidən izahat tələb edib – nəyin əsasında Davit Kiknadzenin ailəsinə sosial yardım təyin edilib. Eyni zamanda, “Gürcü arzuları”ndan Qamrekelaşvili Xaraqauli bələdiyyə şurasının üzvüdür.
“Elan edəndə üçüncü övladı dünyaya gəlmişdi, buna görə ona yardım təyin edildi. O, sosial cəhətdən həssas deyil, uşaqlar üçün yardım alır. Uşağının xəstə olduğunu bilirsən?! Uşağa dərmanlar üçün nə qədər pul lazımdır?! Üç övladı var proqramla verilib”, - Qamrekelaşvili aydınlaşdırmağa çalışıb ki, Kiknadzenin bəyannaməsi yardım təyin etmək üçün göndərilərkən onun Xabeişvilinin dediyi 3000 lari maaşı olmayıb. Qamrekelaşvili dəqiqləşdirməyə çalışıb ki, Kiknadzeyə yardım təyin etmək üçün bəyannamə göndərilərkən onun Xabeişvilinin dediyi 3000 lari maaşı olmayıb.
2005-2012-ci illərdə Davit Kiknadze Xaraqauli Təhsil Resurs Mərkəzində mütəxəssis olub. 2013-cü ildə seçkilərdə “Gürcü arzusu”nun qələbəsindən sonra onun vəzifəsi yüksəldilib və resurs mərkəzinin rəhbəri təyin edilib. O, 2017-ci ilə qədər bu vəzifədə çalışıb. 2014-cü ildə Xaraqauli bələdiyyəsinin Sakrebulo bölgəsindəki Sağandzili icmasının majoritar deputatı olub. 2017-2021-ci illərdə Şəhər Şurasında Təhsil, Mədəniyyət və Gənclərlə İş Komissiyasına rəhbərlik edib. 2 oktyabr 2021-ci ildə keçirilən özünüidarə seçkilərindən sonra sakrebulo sədrinin birinci müavinidir.
Onun sinif yoldaşı Koba Lursmanaşvilidir. Lursmanaşvili ilk dəfə 2013-cü ildə qubernator olub, sonra parlamentin üzvü (Bağdati-Xaraqaulinin majoritar deputatı), 2020-ci ildən Xaraqauli şəhərinin meridir.
Mülkiyyət statusu bəyannaməsinə əsasən, Davit Kiknadzenin üç övladı var - ən kiçiyinin 5 yaşı var. Sosial xidmət qurumu Xaraqauli bələdiyyəsi sədrinin birinci müavininin ailəsinə nə vaxt və hansı məbləğdə maddi yardım alması barədə məlumat verməkdən imtina edib. Lakin Kiazo Qamrekelaşvilinin şərhinə əsaslansaq, Davit Kiknadzenin ailəsi 5 ildir ki, sosial yardım alır.
2017-ci ildə Kiknadzenin ailəsinə yardım təyin olunanda onun sakrebulo komissiyasının sədri kimi aylıq maaşı 1650 lari idi, onun həyat yoldaşı - Xaraqauli bələdiyyəsinin meriyasında maliyyəçi işləyən İa Tabatadze də maaş alırdı. 28 yanvar 2022-ci il tarixində doldurulmuş əmlak bəyannaməsində Davit Kiknadze ötən il ərzində əmək haqqı şəklində hansı gəlir əldə etdiyini göstərmir.
Sonuncu əmlak bəyannaməsində Davit Kiknadze ailəsinə məxsus daşınmaz əmlak haqqında yazmır. Dövlət reyestrinin məlumatlarına görə, Davit Kiknadzenin Sağandzilə kəndində 9231 kvadratmetr torpaq sahəsi var; Xaraqaulidə, Tsereteli küçəsi №17-də isə 91 kv.m mənzil.
2021-ci ilin oktyabrında özünüidarə seçkiləri üçün oktyabrın 25-də Davit Kiknadze “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasına 5 min lari bağışladı. “Eşitdiyimə görə, bu məbləği ona dostu verib”, - sosial xidmət agentliyinin Xaraqauli şöbəsinin rəhbəri Kiazo Qamrekelaşvili bu faktı belə izah edib.
Agentliyin ofisindən çıxan Xabeişvili və onu müşayiət edən şəxsləri, şəhər şurasının sədri Manana Barbakadze, onun müavinləri, şəhər şurasının üzvləri, meriyanın və qeyri kommersiya hüquqi şəxslərin əməkdaşları, 30-dan çox insan qarşılayıb.
[Xəbərdarlıq - Videoda ədəbsiz sözlər var]
Sakrebulonun sədri, polis polkovnik müavini Manana Barbakadze parlament üzvünə dövlət qulluğu etikasına uyğun olmayan nifrət dolu sözlər deyib. 1984-1990 və 2000-2004-cü illərdə Barbakadze Vake-Saburtalo rayon pasport şöbəsində əvvəlcə böyük inspektor, sonra isə rəis vəzifəsində çalışıb. 2005-2012-ci illərdə “Gürcü arzusu” hakimiyyətə gələnə qədər o, dövlət qulluğunda çalışmayıb. “Sənin, müharibə partiyan, noyabrın 7-də mənim maşınımı yandırdı...”
- Nə 7 noyabr? 2022-ci ildir təqvimdə. Noyabrın 7-nin yarıdan çoxu sizin partiyadadır, - Xabeişvili ona deyib.
- Səsini kəs!
- Sakrebulo sədr müavininə necə yardım verirsiniz, utanmırsız?
- Qanuni olaraq varıdır.
- Necə qanuni olaraq, 5 min insan yardım gözləyir.
- Səsini kəs, - Barbakadze Xabeişviliyə deyir və onun əlinə vurur.
- Sizi ona görə mi gətiriblər ki, qadınsınız və bunu edirsiniz?
Qoqa Kiknadze Levan Xabeişvilini vurmağa çalışıb. O, Xaraqauli Bələdiyyəsi merinin Sağandzili idarəsinin nümayəndəsidir və Davit Kiknadzenin əmisi oğludur. Kiknadze Sağandzili icmasından Xaraqauli Sakrebulonun majoritar deputatıdır. Xabeişvili onu müşayiət edən şəxslər tərəfindən hadisə yerindən aparıldıqdan sonra Xaraqauli meri Koba Lursmanaşvilinin qardaşı Zurab Lursmanaşvili və “Milli Hərəkat”ın yerli təşkilatının rəhbəri Tornike Avalişvili bir-birini vurublar. Avalişvili deyir ki, merin qardaşı anasını söyüb. Lursmanaşvili və Avalişvili bir-birindən ayrılan zaman merin Moliti icmasındakı nümayəndəsi Spartak Latsabidze Avalişvilini təqib edib. Manana Barbakadze hələ də Xabeişvilinin arxasınca gedirdi: “Əgər kişisənsə, niyə müdafiə istəyirsən? Qorxaq. Belə geri-geri gəzdirəcəyəm səni”.
Jurnalistlər də şifahi təhqirlərə məruz qalıb, çəkilişlərə mane olublar. Xaraqauli bələdiyyəsi merinin Kitsxa icması üzrə nümayəndəsi Paata Beradze, meriyanın binasının gözətçiləri Zurab və Soso Tabatadze və Xaraqauli merinin sürücüsü Soso Petava xüsusilə aqressiv olublar. Bələdiyyənin demək olar ki, bütün inzibati vahidlərindən merin nümayəndələri də səfərbər edilib: Beso Qriqalaşvili - merin Xevi icmasının nümayəndəsi, Kaxaber Lomidze - Xunevi icmasının nümayəndəsi, Tamaz Çipaşvili - merin Bazaleti icmasının nümayəndəsi, Levan Qoqoladze - Vaxani icmasının nümayəndəsi, Beso Dalalişvili - merin Zvari icmasında nümayəndəsi, Gela Maqradze - Leğvani icmasında merin nümayəndəsi; Sakrebulonun “Gürcü arzusu” fraksiyasının sədri Şalva Lursmanaşvili, fraksiya sədrinin üç müavini: Uşanqi Beradze, Nona Zurabiani və İrma Vaker-Sebiskveradze. Avto Vepxvadze - Sakrebulonun üzvü, Otar Lursmanaşvili - Sakrebulonun Hüquq Məsələləri Komissiyasının sədri. Sakrebulonun hər üç sədr müavini - Davit Kiknadze, Amiran Okromçedlidze, Paata Qoqoladze; Pavle Kikalişvili - Sakrebulonun Maliyyə və Büdcə Komissiyasının sədri, Besik Kvirikaşvili - Sakrebulo İqtisadi Məsələlər Komissiyasının sədri; Qoqa Tsxadadze - Vaxani icmasının mütəxəssisi, Zaza Katsitadze - abadlıq xidmətinin direktoru, Yuri Qiorqadze – qeyri-komersiya hüquqi şəxsin (QKHŞ) idman və turizmin inkişafı mərkəzinin əməkdaşı, Mamuka Lursmanaşvili - abadlıq xidmətinin əməkdaşı, Varlam Çipaşvili - Xaraqauli merinin birinci müavini, İrakli Kiknadze - QKHŞ əməkdaşı, Davit Kiknadzenin qardaşı oğlu; Dimitri Maçavariani - QKHŞ Xaraqauli İdman və Turizmin İnkişafı Mərkəzinin əməkdaşı, Zurab Bantsadze - Meriyanın nəzarət və memarlıq xidmətinin rəhbəri.
Qarşıdurma azı bir saat davam etdi və polis uzun müddət görünmədi. Qeyd edək ki, Xaraqauli Polis Bölməsi Sosial Xidmətlər Agentliyinin ofisindən təxminən 50 metr aralıdadır.
Sakrebulo sədri Manana Barbakadze səfərbər olunmuş şəxslərlə birlikdə Xabeişvilinin ardınca “Milli Hərəkat”ın regional təşkilatının ofisinə qədər gedib - o, “toyuq, toyuq” deyə qışqırıb.
Barbakadze Xabeişvilinin fəallar tərəfindən mütəşəkkil şəkildə qarşılanmasını inkar edir: “Xabeişvili sosial agentliyə gələrək bizim müavinimizi, agentliyin yerli rəhbərini təzyiqlə hədələyəndə onun sosial şəbəkədə canlı yayımlandığı üzə çıxıb. Buradan öyrəndik. Canlı yayım insanların ora gəlməsinə səbəb olub.
- Deməli, təşkilolunmuş şəkildə? Xaraqaulinin bəzi kəndləri şəhərdən bir neçə kilometr aralıda yerləşir. Necə oldu ki, bütün kənd qubernatorları və şura üzvləri orada idilər?
- Hər bazar ertəsi və cümə axşamı qubernatorlar meriyada toplaşır, iclas keçirir, kənd layihələrini müzakirə edirlər. Oktyabrın 6-da, cümə axşamı da belə idi. Əksər deputatlar da burada idilər. Canlı yayım etməsəydilər, heç nə bilməzdik.
- Tutaq ki, həqiqətən də iclasınız olub və siz bələdiyyə sədrinin müavini, qubernatorlar, şəhər şurasının üzvləri, xidmət rəisləri bir yerdə getmisiniz, müxtəlif QKHŞ əməkdaşları ora necə gəliblər?
- Sosial Xidmətlər Agentliyinin ofisinin qarşısında Təmizlik və Abadlıq İdarəsinin binası var. QKHŞ binasıdır. İşçilər də orada idilər və çıxdılar.
- Qalan QKHŞ-lər? Məsələn, mədəniyyət, idman və turizm? Buradan da xeyli işçi səfərbər edilib. Xabeişvili ilə 7 noyabr və digər məsələlərlə bağlı mübahisə edəndə adları olan fotoları kağızlarda çap etmisiniz?
Bu, mənim masaüstü kitabım kimidir. Mən çap etmişəm. 2004-cü ilin dekabrında Mişa bizi ilk dəfə işdən çıxardı, 2000 nəfəri polkovnik-leytenant rütbəsi ilə işdən çıxartdılar. Məni ofisdən qovdular. Pasport masasının rəisi idin deyirdilər, nəsə törətsəydim, mənə yazıqları gələrdi? Noyabrın 7-də mitinqin dağıdılması zamanı su itifadə etdilər, bu günə kimi sol qulağım yaxşı eşitmir. 2012-ci ildə səhər saat 5-də maşınım yanarkən onların “qəhrəmanlıqları” ilə bağlı materialları əvvəlcədən hazırlayıb çap etdirmişəm. Əgər mənim müavinimin dalınca gedirlərsə, birincisi, bu, sosial yardım alan ailə deyil. Demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün təşviqat proqramı çərçivəsində yüksək dağlıq ərazilərdə yaşayan uşaqlara yardım göstərilir. Əvvəlcə 50 lari idi, sonra baş nazirin təşəbbüsü ilə uşaq başına 100 lari oldu. Datonun özü bu ilin mart ayında sosial xidmət agentliyinə müraciət etdi və yoxlanış tələb etdi. Dedi ki, uşaqlara bu yardım göstərilir deyə mənəvi cəhətdən özümü narahat hiss edirəm. Sosial agent hələ ki yoxlamayıb.
Xabeişviliyə müraciət etdiyim sözlərə gəlincə, mənim ifadə azadlığım yoxdur mu? Onun haqqında nə düşündüyümü deməyi mənə kim qadağan edib? Xabeişvilinin partiya yoldaşı, buradakı fraksiya rəhbəri Tornike Avalişvili demək olar ki, hər görüşdə iştirak edir və hamısını pozur. Hesabatı təqdim edəndə sənədləri cırıb əməkdaşların üzünə atır. Özünü elə aparır ki, bir kəlmə də deyə bilmirsən. Qadın olduğum üçün həmişə məni aşağılamağa çalışır. Niyə heç kim bunlara cavab vermir?”.
Polis Xaraqaulidə baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin zorakılıqdan bəhs edən 126-cı maddəsi ilə araşdırmalara başlayıb.
Videodan da görünür ki, hadisəni törədən şəxslər dələduzluq edirlər, ictimai asayişi kobud şəkildə pozurlar, cəmiyyətə açıq-aşkar hörmətsizlik edirlər. Qarşıdurma yerinə gec gələn polislər vəziyyəti sakitləşdirmək istəyəndə onlar tabe olmurlar. Dələduzluq Cinayət Məcəlləsinin 239-cu maddəsi ilə cəzalandırılan əməldir. Hadisədə əli olan heç kim məsuliyyətə cəlb edilməyib.