Avqustun 20-də “Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzi”-də başından güllə yarası alan 28 yaşlı Quram Svanidze klinikada dünyasını dəyişib. Svanidze Qafqaz Tibb Mərkəzində təcili əməliyyat olunub və süni tənəffüs aparatına qo.ulub, lakin həkimlər onu xilas edə bilməyiblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xüsusi İstintaq Xidməti, bu işlə bağlı, Avqustun 22-də Penitensiar Xidmətin Müşayiət və Xüsusi Tədbirlər Baş İdarəsinin 3-cü bölməsinin müşayiət zabiti, 24 yaşlı Valeri Qozalişvilini işinə qarşı səhlənkarlıq ittihamı ilə həbs edib.
“Tərəfimizdən aparılan araşdırma nəticəsində müəyyən edildi ki, təqsirləndirilən şəxs 2022-ci il avqustun 18-də Xüsusi Penitensiar Xidmətinin 8 saylı müəssisəsindən- Tbilisi şəhəri, P.Kavtaradze küçəsində yerləşən “Psixi Sağlamlıq və Narkomaniyanın Profilaktikası Mərkəzi” MMC-yə köçürülüb, onun psixo-emosional vəziyyətini nəzərə alaraq, müvafiq müalicəyə ehtiyacı var idi. Məhkum sözügedən mərkəzin 3-cü mərtəbəsində yerləşən 308 saylı tibb otağına yerləşdirilib və daimi olaraq elektron vasitələrlə nəzarətdə saxlanılıb.
20 avqust 2022-ci il tarixdə saat 09:31-də “Psixi Sağlamlıq və Narkotiklərin Preventiv Mərkəzi”nin 3-cü mərtəbəsində psixi sağlamlıq problemi olan məhkumların tibb otaqlarına yerləşdirildiyi dəhlizdə Xüsusi Penitensiar Xidmətin Müşayiət rəisi və Xüsusi Tədbirlər Şöbəsinin Baş Müşayiət Məmuru - xidməti silahı ilə ehtiyatlılıq normasına riyayət etmədən müəssəsədə hərəkət edirdi. Yuxarıda göstərilənlərə əlavə olaraq, sözügedən məmur məhkumu palatadan vizual nəzarət olmadan dəhlizdə çıxmasına icazə verib, onun yerləşdiyi tibb otağına daxil olması və yalnız zərurət olduqda penitensiar xidmətin əməkdaşlarının icazəsi ilə yerləşdiyi kameranı tərk edə bilərdi.
Zabitin səhlənkarlığı nəticəsində məhbus gizlicə onun üstünə gələrək şalvarın kəmər hissəsində olan xüsusi qabından (kaburasından) xidməti odlu silah çıxardaraq həmin silahdan 3 dəfə atəş açıb, o cümlədən atılan güllələrdən 1-də onun baş nahiyəsinə tuş gəlib və o, nəticədə koma vəziyyətinə düşüb.
Xüsusi İstintaq Xidməti Xüsusi Penitensiar Xidmətin müşayiət zabitini Gürcüstan Cinayət Məcəlləsinin 342-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti, yəni məhsul şəxs tərəfindən səhlənkar münasibəti ucbatından vəzifəsini lazımınca yerinə yetirməməsinə və səhlənkarlığı nəticəsində ağır nəticəsində törədilən cinayətə görə həbs edilib”-deyə Xüsusi İstintaq Xidmətinin İstintaq İdarəsinin bölmə rəisi Baço Kvaratsxeliya bildirib. İstintaq xidməti hadisənin videoyazısını da paylaşıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən zabit barəsində həbs qətimkan tədbiri seçilib. Günahı sübuta yetirilərsə, onu 2 ildən 5 ilə qədər həbs gözləyir.
“Bircə onu deyə bilərəm ki, baş verənlərə görə səmimi qəlbdən peşmanam. Sadəcə olaraq, biz dəyişəndə onun çöldə olduğunu təsəvvür edə bilməzdim, mən Quram Svanidzeni orda görə bilmədim. Onu orada görmədim, yoxsa nə arxam onu tərəfə dayanmazdım nədə ki, silahla yaxınlaşmazdım. Mən həm özümü həmi də işimi təhlükəyə atdım və əlbətdə ki, məhbusu də bu cür vəziyyətə saldım” - Prosesdə təqsirləndirilən şəxs deyib.
Quram Svanidzenin vəkili Zurab Rostiaşvilinin sözlərinə görə, polis Svanidzeni 250 larini ödəmədiyinə görə həbs edib: “O, 250 lari benzin töküb, ödəməyi unudub və ya qəsdən edib, Allah bilir”. Qaydaya görə, hakim onu həbs etməməli idi. Biz zamin müqabilində buraxılmasını istədik”.